• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanın müdafiə naziri istefa verdi

Gürcüstanın müdafiə naziri istefa verdi
28.07.2016 22:03
Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli özünün istəyi ilə tutduğu vəzifədən uzaqlaşması barədə ölkənin baş nazirinə müraciət ünvanlayıb.
 
"Qafqazinfo”nun "Report"a istinadən məlumatına görə, o, müraciətində avqustun 1-dən etibarən vəsifəsindən azad olunmağını xahiş edib. Bu barədə Müdafiə Nazirliyinin KİV-lə Əlaqələr Xidmətinin rəhbəri Tamuna Kaçitadze məlumat verib. Hökumət başçısının müraciətə münasibəti barədə hələlik informasiya verilmir. Tinatin Xidaşeli bir müddət əvvələ qədər hakim "Gürcü arzusu” koalisiyasının tərkibində olan Respublikaçılar Partiyasının üzvüdür. Onun nazir vəzifəsindən uzaqlaşacağı halda fəaliyyət istiqamətinin nədən ibarət olacağı, payızda keçiriləcək parlament seçkilərində namizəd qismində iştirak edib etməyəcəyi məlum deyil.
 
Tinatin Xidaşelinin vəzifəsindən kənarlaşdırlacağı ilə bağlı fikirlər ötən ayın sonlarında xanım nazirin ölkədə məcburi hərbi xidmətin ləğv olunması ilə bağlı sərəncam imzalamasından sonra meydana gəlmişdi. T.Xidaşelinin hökumət, parlament və prezidentlə məsləhətləşmələr aparmadan belə bir qərar verməsi ölkə rəhbərliyinin narazılığı ilə qarşılanmışdı.
 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol