• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə daha 4 general istefaya gedib

Türkiyədə daha 4 general istefaya gedib
29.07.2016 15:09
Onların hər biri təqaüdə çıxmaq istəkləri ilə bağlı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına müraciət ediblər

Türkiyədə daha 4 general istefaya gedib.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, bunlar Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının baş katibi, general-mayor Metin Özbek, Quru Qoşunları Komandanlığının hərəkat sədri, general-mayor Mehmet Okkan, kəşfiyyat sədri, general-mayor Mehmet Göktan və informasiya və elektron məlumatlar sisteminin (MEBS) sədri, general-mayor Mustafa Gönendir. 

Məlumata görə, onların hər biri təqaüdə çıxmaq istəkləri ilə bağlı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına müraciət ediblər. 
Qeyd edək ki, Türkiyədə dövlət çevrilişi cəhdi zamanı məzuniyyətdə olan Metin Özbek ailəsi ilə birlikdə xaricdə tətildəymiş. Hadisələrə görə aviareyslərin təxirə salınması səbəbindən Ankaraya iki gün sonra qayıda bilib və Baş Qərargahda işinin başında olub. Onun gələcəkdə general-leytenant rütbəsinə yüksələcəyi gözlənilirdi. M.Özbek həmçinin 2005-2007-ci illərdə Türkiyənin 10-cu prezidenti Ahmet Necdet Sezerin, 2007-2008-ci ildə isə 11-ci prezident Abdullah Gülün baş yavər olub. 2008-2010-cu illərdə prezident qvardiyasına komandanlıq edən hərbçiyə bundan sonra general rütbəsi verilib.  

Xatırladaq ki, bundan əvvəl Quru Qoşunları Komandanlığının qərargah rəisi, general-leytenant İhsan Uyar və Quru Qoşunlarının Təlim və Doktrina Komandanlığının (EDOK) komandanı, general-leytenant Kamil Başoğlu istefa verib. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol