• $
  • €
  • ₽
  • ₺
  • £

“Ağıllı” dərman qutusu müalicəni təyin edəcək

“Ağıllı” dərman qutusu müalicəni təyin edəcək
29.07.2016 22:07
"19Labs" şirkəti ABŞ-ın tibbi mərkəz və universitetləri ilə əməkdaşlıqda "GALE" "ağıllı" dərman qutusu icad edib.

 Qurğu hazırda soyuqdəymə və ya qrip kimi geniş yayılmış xəstəliklər zamanı kömək etməklə yanaşı, yanıqlar, kəsilmiş yaralar, sınıqlar, zəhərlənmələr və həyat üçün təhlükəli digər hallarda tövsiyələr verəcək və müalicəni təyin edəcək.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, dərman qutusu tibbi preparatların düzgün saxlanılmasını təşkil etməyə və quraşdırılmış sensor ekrana bildirişlər göndərərək xəbərdarlıq etməklə onların yararlılıq müddətinin başa çatmasını izləməyə kömək edəcək. Ekranda, həmçinin dərman vasitələrinin qəbulu üzrə təlimat görünəcək, eləcə də videokamera vasitəsilə tibbi yardımın göstərilməsi üçün mütəxəssislə əlaqə yaratmaq mümkün olacaq. Bundan başqa, "GALE" termometr, nəbz oksimetri və təcili çağırış düyməsi ilə təchiz edilib.

SİM-kart üçün çıxışla təchiz edilən yeni tibbi qurğu müalicəni aparan həkimə və ya kontaktlar siyahısında olan ailə üzvlərinə xəstənin sağlamlıq vəziyyəti barədə bildirişlər göndərəcək. Həmçinin dərman ehtiyatını qurğunun əsas menyusundan onların çatdırılmasını poçtla sifariş etməklə artırmaq olar.
 
"GALE" "ağıllı" dərman qutusunun qiyməti barədə məlumat verilmir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol