Türkiyədə qatar partladıldı
![Türkiyədə qatar partladıldı Türkiyədə qatar partladıldı](https://anews.az/photo/850x500/2016-07/1469871035_0_cdcfe_2b57536e_orig.jpg)
Kürd Fəhlə Partiyasının (PKK) terrorçuları Türkiyənin cənub-şərqində yerləşən Bingel vilayətində yük qatarını partladıblar.
Oxu.Az "Haber 7” qəzetinə istinadən xəbər verir ki, terrorçular Beyhan və Suveren stansiyaları arasındakı dəmir yolunu uzaqdan idarə edilən əldə düzəldilmiş partlayıcılarla minalayıblar.
Partlayış nəticəsində altı vaqona ziyan dəyib. Zərərçəkənlər haqqında məlumat yoxdur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər