• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni yaradılmış mikrorobotlar xərçəng xəstəliyi ilə mübarizədə kömək edəcək

Yeni yaradılmış mikrorobotlar xərçəng xəstəliyi ilə mübarizədə kömək edəcək
03.08.2016 23:32
Cənubi Koreyada fəaliyyət göstərən Çonnam Dövlət Universitetinin professoru Pak Suk Xo xərçəng xəstəlikləri ilə mübarizə aparmaq üçün robot texnikasına əsaslanan unikal texnologiya yaradıb. Yeni texnologiya xərçəng əleyhinə preparatların təsirini gücləndirmək qabiliyyətinə malik 20 mikrometr ölçüsündə olan robotların yaradılmasını nəzərdə tutur.

"ICTnews” Elektron Xəbər Xidməti infox.ru saytına istinadən xəbər verir ki, Pak Suk Xonun sözlərinə görə, mikrorobotlar ən mürəkkəb və müalicəsi çətin olan şiş növləri ilə mübarizə üçün nəzərdə tutulub. "Fareast Gizmos” portalı mədəaltı vəz, qaraciyər, mədə, süd vəzi xərçəngini bura şamil edib. Sözügedən robotlar şişlərin müalicəsində insanın immun sisteminin tərkibinə daxil olan makrofaqlar rolunda çıxış edir.

Başqa sözlə, Cənubi Koreya alimləri tərəfindən yaradılmış mikrorobotlar xərçəng hüceyrələrini məhv edirlər. Robotlar xərçəng əleyhinə preparatları xərçəng hüceyrələrinə çatdırmaqla nəql sistemi rolunu yerinə yetirirlər.
Amma robotlarda intellekt olmadığına görə xərçəng əleyhinə preparatları hara çatdırmaq lazım olduğunu və şişin məhz harada yerləşdiyini bilmirlər.

Cənubi Koreya mütəxəssisləri bu problemi həll etmək üçün robotları xarici maqnit sahəsinə reaksiya verən miniatür maqnit nanozərrəcikləri ilə təchiz ediblər. Operator xüsusi avadanlığın köməyi ilə robotları lazımi istiqamətə yönəldərək şişin daxildən məhv edilməsini təmin edir.

Pak Suk Xonun üsulu xərçəng xəstəliklərinin müalicə effektivliyini daha yüksək səviyyəyə qaldıra bilər.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol