• $
  • €
  • ₽
  • ₺
  • £

Kim Çen In Ayı hədəf aldı

Kim Çen In Ayı hədəf aldı
05.08.2016 14:45
Şimali Koreya lideri Kim Çen In 2020-ci il üçün Aya raket buraxılışı planını təsdiqləyib.

ANN.Az Newsweek-ə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın Kosmik Agentliyinin nümayəndəsi Hen Kvan İl bəyan edib.

Beynəlxalq sanksiyalara baxmayaraq, Phenyanın proqramı çərçivəsində Yer orbitinə yeni peyklərin çıxarılması planlaşdırılır.  

Şimali Koreya Milli Aerokosmik İdarəsinin elmi-tədqiqat şöbəsinin direktorunun sözlərinə görə, ABŞ və onun müttəfiqləri Şimali Koreyanın kosmik məkanları fəth etməsinin qarşısını ala bilməzlər. 

Respublika Yer kürəsini müşahidə peyk şəbəkəsini inkişaf etdirməyə, həm də geostasionar peyklərin yardımı ilə telekommunikasiya problemlərini həll etməyə hazırlaşır. On il ərzində ölkə Aya göyərtəsində dövlət bayrağı olan pilotsuz raket göndərəcək.

2016-cı ilin iyulunda Şimali Koreya üç ballistik raket buraxılışını həyata keçirib. Raketlər Yapon dənizi istiqamətində bir neçə yüz km məsafə qət ediblər. Vaşinqton və Seul bildiriblər ki, Şimali Koreya tərəfində təhdidə qarşı Koreya yarımadasında RƏM sistemi quraşdırılacaq. Belə ki, Phenyan "qətiyyətli fiziki kontr tədbirlər” görəcəyini elan edib. 

İlin əvvəlində Şimali Koreya rəsmi olaraq nüvə bombasının uğurlu sınağını bəyan edib. Nəticədə BMT-nin Təhlükəsizlik Şurası Phenyana dair yeni sanksiyalar tətbiq edib. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol