• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Gülənin Türkiyəyə təhvil verilməsiylə əlaqədar Ankaraya nümayəndə heyəti göndərir

ABŞ Gülənin Türkiyəyə təhvil verilməsiylə əlaqədar Ankaraya nümayəndə heyəti göndərir
12.08.2016 16:12
ABŞ hökuməti Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə əlaqədar müzakirələr aparmaq üçün 4 nəfərdən ibarət heyətin Türkiyəyə göndərilməsi barədə qərar verib.
 
APA-nın "Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
 
Nümayəndə heyəti avqustun 22-də Türkiyəyə gələcək. Nümayəndə heyətinə ABŞ Ədliyyə Nazirliyinin 3, ABŞ Dövlət Departamentinin 1 əməkdaşı daxildir.
 
Bu barədə iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən mətbuat konfransında xarici işlər naziri Mövlud Çavuşoğlu da danışıb. 
 
O, hazırda Pensilvaniyada yaşayan F. Gülənin Türkiyəyə təhvil verilməsinin tək ABŞ və Türkiyə arasında bir məsələ olmadığını, bütün dünyanın bu prosesi yaxından izlədiyini qeyd edib: "Həm Con Kerri, həm də Co Bayden Türkiyəyə gəlmək istədiklərini bildirmişdilər. Bu ziyarətlərdən sonra müvafiq sənədlərlə birlikdə Vaşinqtona gedəcək, Fətüllah Gülənin Türkiyəyə təhvil verilməsinə səy göstərəcəyik. ABŞ və Türkiyə arasında şübhəlilərin qarşılıqlı təhvil verilməsi barədə anlaşma var və bu anlaşma bu günə qədər həyata keçirilib. ABŞ-ın ən qısa müddətdə bu terror təşkilatının liderini Türkiyəyə təhsil verməsini gözləyirik”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol