• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə nota verdi

Türkiyə nota verdi
12.08.2016 17:36
Türkiyə nota verib.
 
APA-nın məlumatına görə, İtaliya Xarici İşlər Nazirliyindəki (XİN) mənbə RİA Novosti agentliyinə bildirib ki, Türkiyənin İtaliyadakı səfirliyi tərəfindən verilən şifahi notada söhbət Yunanıstandan İtaliyaya qaçmış və Hollandiyaya yollandıqları ehtimal olunan attaşelərdən gedir.
 
Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstan XİN-ə müraciət edərək Türkiyənin Yunanıstandakı Silahlı Qüvvələr attaşesi, polkovnik İlhan Yaşıtlı və  hərbi dəniz attaşesi, polkovnik Halis Tunçun akkreditasiyalarının ləğv edilməsini istəyib.
 
Yunanıstan XİN də həmin gün onların akkreditasiyalarını ləğv edib. Ancaq bu iki polkovnikin nə zaman Afinadan qaçdıqları bilinmir.
 
İ. Yaşıtlı və H. Tunç iyulun 29-da Afina yaxınlığındakı Salamina Hərbi Dəniz Bazasında keçirilən tədbirə dəvətli olsalar da, həmin tədbirə qatılmayıblar. Attaşelər ailə üzvləri ilə birlikdə 8 nəfərdir.
 
Dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Türkiyədə hərbi çevriliş cəhdindən sonra Ankaraya çağırılan İ. Yaşıtlı və  H. Tunç ailələri ilə birlikdə bərə ilə İtaliyaya yollanıblar.
 
Bu gün isə Türkiyənin müdafiə naziri Fikri İşık bildirib ki, Ankara onlarla bağlı artıq İtaliya tərəfi ilə əlaqə qurmağa başlayıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol