• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlər əl və ayaqların yetişdirilməsi üsulunu tapıblar

Alimlər əl və ayaqların yetişdirilməsi üsulunu tapıblar
15.08.2016 12:27
Maunt-Dezert adasının Bioloji laboratoriyasının mütəxəssisləri heyvanlarda regenerasiyaya imkan yaradan genlər aşkar ediblər. Alimlərin fikrincə, sözügedən gen, həmçinin insanlarda da itirilmiş ətrafların yetişdirilməsinə kömək edə bilər.

Trend-in məlumatına görə, alimlər regenerasiya qabiliyyətinə malik olan orqanizmlərin genomunu DNT strukturunun təyinində istifadə edilən sekvensiya texnologiyasının köməyi ilə ətraflı şəkildə tədqiq ediblər. Nəticədə məlum olub ki, onların hər birində ümumi genetik mexanizmlər mövcuddur.

Tədqiqatda qeyd olunur ki, bu DNT-nin sahələri amputasiyadan sonra yarada toplanan hüceyrələrin populyasiyasını təşkil edən blastema adlı maddənin yaranmasında mühüm rol oynayır. Nəticədə bu bəzi heyvanlarda itirilmiş ətrafların bərpasına imkan yaradır.

Mütəxəssislərin fikrincə, bu proseslərə, həmçinin müntəzəm molekullar şəbəkəsi olan RNK böyük təsir göstərir. Demək olar ki, məhz onlar insanda toxuma regenerasiyasının heyvanlarla müqaisədə aktiv olmamasının səbəbi kimi çıxış edir. Gələcəkdə onlara birbaşa təsir insanlarda itirilmiş ətrafların qaytarılmasına kömək edə bilər.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol