• $
  • €
  • ₽
  • ₺
  • £

İranın müdafiə naziri Rusiyadan narazılıq edib

İranın müdafiə naziri Rusiyadan narazılıq edib
22.08.2016 19:00
Rəsmi Tehran Moskvanın İranda bombardımançı təyyarələr yerləşdirməsi barədə məlumatı məsləhətləşmədən verməsindən narazı qalıb.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, İranın müdafiə naziri Hüseyn Dehqan yerli telekanala müsahibəsində bildirib ki, Rusiya Tehranı xəbərdar etmədən öz bombardımançı təyyarələrini Həmədandakı aviabazada yerləşdirməsi barədə məlumat yayıb.
 
"İran nəyə görə Rusiya təyyarələrinin öz aviabazasında yerləşdirilməsini birinci elan etməyib?" sualına cavabında iranlı nazir bildirib ki, Rusiya nəhəng ölkə olduğunu və təhlükəsizlik sahəsində tendensiyalara güclü təsir etmək imkanına malik olduğunu göstərməkdə maraqlıdır: "Rusiya göstərmək istəyib ki, onun Hərbi Kosmik Qüvvələri Suriyadakı əməliyyatlarda effektli vasitədir, amerikalılarla danışıqlar aparmaqda ona kömək edə bilər”.
 
Bundan başqa H. Dehqan İranın heç bir halda daimi əsasda Rusiyaya hərbi baza verməyəcəyini bildirib: "Onlar bura qalmağa gəlməmişdilər".
 
İran müdafiə naziri ABŞ vəzifəli şəxslərinin S-300 raket zenit kompleksinin Tehranın şərqində yerləşdirməsi ilə bağlı etirazlarına da münasibət bildirib: "Bizim Hava Hücumundan Müdafiə sistemini harada yerləşdirməyimizin ABŞ-a dəxli yoxdur. Sistem harada lazımdısa, orada da yerləşdiriləcək və bu barədə qərar komandanlıq tərəfindən qəbul olunacaq".
 
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi İranın Həmədan aerodromundan istifadəyə başlaması ilə bağlı avqustun 16-da məlumat yayıb. Məlumatda Rusiyanın Tu-22M3 və Su-34 bombardımançı təyyarələrinin Həmədan aviabazasından qalxaraq "İŞİD" və "Cəbhət-ən-Nüsra" terrorçu qruplarının Suriyadakı mövqelərinə zərbə endirdiyi bildirilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol