• $
  • €
  • ₽
  • ₺
  • £

İranda deportasiya edilən azərbaycanlı qadın intihar etdi

İranda deportasiya edilən azərbaycanlı qadın intihar etdi
25.08.2016 16:04
İranın Təbriz şəhərində Azərbaycan vətəndaşları olan ana və oğlu intihara cəhd edib.

ANN.Az "Report”-a istinadən xəbər verir ki, onların hər ikisi Təbrizdəki Sina xəstəxanasına yerləşdiriliblər.

Bu şəxslərin 1966-cı il təvəllüdlü İbrahimova Əsli Ayəddin qızı və onun oğlu 2002-ci il təvəllüdlü İbrahimov Hüseyn Vəzir oğlu olduğu müəyyən edilib.

Sağ qalmış 14 yaşlı Hüseynin dediyinə görə, anası əczaxanadan dərman alıb, əvvəlcə ona içirib və daha sonra özü içib. Uşağın vəziyyətinin ağırlaşdığını görən anası özü onu xəstəxanaya gətirib. Xəstəxanada ananın da vəziyyəti ağırlaşıb. Ə.İbrahimova üç gün xəstəxanada huşsuz vəziyyətdə qalıb və sonra orada vəfat edib.

Azyaşlı Hüseyn İbrahimov hər şeyi anasının etdiyini, İranda qalmaq istədiyini və İrandan deportasiya edilməmələri üçün bu addıma əl atdığını deyib. 

O, Azərbaycanda heç bir qohum və yaxınları ilə əlaqəsinin olmadığını, anasının uzun illərdir qohumları ilə əlaqə saxlamadığını, qohumlarının ünvan və telefon nömrələrini bilmədiyini, anasının əslən Şamaxından olmasına baxmayaraq, İrana gəlməmişdən öncə Lənkəranda yaşadığını bildirib. 

Məlum olub ki, İbrahimova Əsli 2015-ci ilin oktyabrından İrana gedib. O, depressiv xəstəliklərdən əziyyət çəkdiyinə görə psixotrop dərman qəbul edirmiş. İranda qanunla nəzərdə tutulmuş müddətdən artıq qaldığı üçün İranın müvafiq orqanları tərəfindən cərimələnib. Növbəti addım kimi o, İrandan deportasiya ediləcəkmiş.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev faktı təsdiqləyib. 

O, Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna İran İslam Respublikasının dövlət orqanları tərəfindən bu məlumat daxil olan kimi konsulluğun əməkdaşlarının xəstəxanaya gedərək vətəndaşların vəziyyəti ilə tanış olduqlarını və onların şəxsiyyətinin müəyyən edildiyini bildirib. H.Hacıyevin sözlərinə görə, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin xətti ilə vəfat etmiş vətəndaşın Azərbaycanda bir nəfər yaxın qohumu müəyyən edilib: 

"Anası vəfat etmiş uşağa Baş Konsulluğun əməkdaşları tərəfindən bu müddət ərzində lazımi qayğı və diqqət göstərilib. İran İslam Respublikasının dövlət orqanları, xüsusilə bu ölkənin Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin dəstəyi ilə bütün sənədləşmələr aparılıb və cənazənin və uşağın İrandan çıxarılaraq ölkəmizə gətirilməsi və 21 avqust tarixində qohumuna təhvil verilməsi təmin edilib”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol