• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Türkiyəyə xəbərdarlıq edir

ABŞ Türkiyəyə xəbərdarlıq edir
30.08.2016 13:08
Birləşmiş Ştatlar bəyan edib ki, Suriyanın şimalında Türkiyənin, türkyönly qiyamçıların kürd qüvvələrinə qaqşı hücumları "qeyri-məqbuldur” və "dərhal” dayandırılmalıdır.

ABŞ-ın anti-İD koalisiyasındakı xüsusi elçisi Tvitterdə yazır ki, hazırda toqquşmaların baş verdiyi yerdə İŞİD cihadçıları yoxdur.

Türkiyə hökuməti isə Suriyaya müdaxilə edəndən bəri kürd "terrorçuları” hədəflədiyini bildirir.

Kürdlərin YPG təşkilatı deyir ki, Türkiyə sadəcə olaraq Suriyada torpaq işğal edir.

Xəbər verilir ki, ötən çərşənbə axşamı Suriyaya müdaxilə edən Türkiyə silahlıq qüvvələri Azad Suriya Ordusu (ASO) ilə birlikdə sərhəd yaxınlığındakı Carablus şəhərini İŞİD qüvvələrindən təmizlədikdən dərhal sonra, ətrafda ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan kəndlərin bombardmanına başlayıb.

Reuters xəbər verir ki, Türkiyə ordusu son 24 saat ərzində Carablus ətrafında 61 artilleriya zərbəsi endirib.

Türkiyə bundan əvvəl kürd silahlıların Fərat çayının şərq sahilinə çəkilmələrini tələb etmişdi.

Kürdlərin SDQ-nin tərkibində döyüşən Xalq Müdafiə Qüvvələri - YPG bildirib ki, onlar tələb olunan ərazidən çəkiliblər, lakin Türkiyə əməliyyatı dayandırmır və onun əsas məqsədi torpaqların qəsb edilməsidir.

Pentaqon sözçüsü də bildirib ki, YPG qüvvələri əksərən Fərat çayının şərq sahilinə çəkiliblər.

O xəbərdarlıq edib ki, Vaşnqtonla razılaşdırılmamış əməliyyatlar yalnız İŞİD qüvvələrinə sərfəlidir və onlar Türkiyə, SDQ və ABŞ-a qarşı hücumlarını davam etdirəcəklər.

Xəbər verilir ki, Türkiyənin narahatlığı iki həftə bundan əvvəl, SDQ qüvvələri Suriyanın strateji Mənbij şəhərini İD-dən azad etdikdən sonra güclənib. (Azadliq.org)

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol