• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni QHT rəhbərinə Rusiyaya giriş qadağan edildi

Erməni QHT rəhbərinə Rusiyaya giriş qadağan edildi
01.09.2016 22:01
Ermənistanın Qloballaşdırma və regional əməkdaşlıq analitik mərkəzinin rəhbəri Stepan Qriqoryana 2030-cu ilə qədər Rusiyaya giriş qadağan edilib. 

Oxu.Az bu barədə erməni KİV-ə istinadən xəbər verir. 

Bununla yanaşı, S.Qriqoryan Moskvaya Şeremetyevo aeroportuna gələrkən saxlanılaraq Ermənistana deportasiya edilib.

Politoloqun bəyanatında qeyd edilib ki, onun Rusiyaya girişinə qadağaya səbəb kimi bu ölkənin "Rusiya Federasiyasına giriş və çıxış qaydalarına dair” Federal qanun göstərilib. Qanunda, əsasən, xarici vətəndaşlar tərəfindən kriminal və qanunu pozan davranışlardan söhbət gedir.   

"Mənimlə bağlı bu Qanunun "Rusiya ərazisində fəaliyyəti arzuolunmaz olan beynəlxalq təşkilatın fəaliyyətində iştirak edən xarici vətəndaşların deportasiyası haqqında” 26-cı maddəsinin 9-cu bəndi mühüm idi. Heç kim üçün sirr deyil ki, mənim rəhbərlik etdiyim Qloballaşdırma və regional əməkdaşlıq analitik mərkəzi Avropa QHT, analitik mərkəzləri və müxtəlif demokratik fondlar ilə əməkdaşlıq edir. 

Aydındır ki, Rusiya hakimiyyətinin davranışı siyasi motivasiyaya əsaslanır. Məlumdur ki, Rusiya Ermənistanda vətəndaş cəmiyyətinin müstəqil institutlarının fəaliyyətinin qarşısını almaq istəyir”, - S.Qriqoryanın bəyanatında deyilir. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol