• $
  • €
  • ₽
  • ₺
  • £

“Ağıllı” soyuducu istehsal ediləcək

“Ağıllı” soyuducu istehsal ediləcək
05.09.2016 20:57
"Microsoft" korporasiyasının mütəxəssisləri süni intellektlə təchiz ediləcək "ağıllı" soyuducu hazırlayacaqlar.

"ICTnews" Elektron Xəbər Xidməti "VistaNews" resursuna istinadən yazır ki, ABŞ korporasiyası və "Liebherr" şirkəti yeni nəsil məişət texnikası üzərində birgə çalışırlar.
 
Soyuducu dondurucuların daxilində quraşdırılan modul sayəsində internetə qoşulmaq imkanına malikdir. "Microsoft" qutuların növlərini və onların tərkibini müəyyənləşdirmək, meyvələrin və tərəvəzlərin xüsusiyyətlərini fərqləndirmək üçün kompüter görmə imkanlarından istifadə edir. Soyuducu topladığı bütün informasiyanı təhlil etdikdən sonra məhsulların maksimum uzunmüddətli saxlanılmasını təmin edəcək optimal temperatur rejimlərini seçməyə başlayacaq.
 
"SmartDeviceBox" soyuducusu daxildə olan məhsulları izləmək üçün kameralardan və obyektlərin tanınması texnologiyalarından istifadə edir. Bunun nəticəsində "ağıllı" məişət texnikasının sahibi evdən kənarda olanda da soyuducunun içində olanlarla tanış ola biləcək. Bu işdə isə ona şəxsi smartfonu yardımçı  olacaq.  
"Microsoft" ekspertlərinin sözlərinə görə, süni intellektlə təchiz edilən məişət texnikası ərzaq məhsullarının saxlanılmasının idarə olunmasında, prinsipcə, yeni imkanlar açmağa imkan verəcək.
 
İlkin qiyməti hələlik məlum olmayan "ağıllı" soyuducunun rəsmən ictimaiyyətə nə vaxt təqdim ediləcəyi barədə məlumat verilmir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol