• $
  • €
  • ₽
  • ₺
  • £

Qəhvə hazırlayan robot nümayiş etdirildi

Qəhvə hazırlayan robot nümayiş etdirildi
05.09.2016 22:22
Qəhvə hazırlayan robot ilk dəfə ötən il "MWC” sərgisində təqdim edilib. 

Bu günlərdə isə Berlində keçirilən "IFA” tədbiri çərçivəsində sözügedən robotu işlək vəziyyətdə nümayiş etdiriblər. Robot audiosistem, televizor, smartfon, kompüterə qoşularaq istifadəçi ilə "ağıllı" ev arasında vasitəçilik edə bilər. Sadəcə, robotu çağırmaq və nə cür qəhvə istədiyinizi ona demək lazımdır. Bundan sonra, sadəcə, fincanı qəhvə dəmləyənə qoymaq lazımdır, qalan işi robot özü edəcək.

"ICTnews” Elektron Xəbər Xidməti "hi-news.ru” saytına istinadən yazır ki, "Xperia Agent” robotu "Siri” və ya "Cortana” kimi rəqəmli assistentə malikdir və bunun sayəsində istifadəçi robota tapşırıq verə bilər.
 
Məsələn, robotdan təqvimi yoxlamağı və ya hansısa nömrəni yığmağı xahiş etmək mümkün olacaq. Bundan başqa, robot animasiyalı gözlərlə təchiz edilib və musiqi sədaları altında rəqs edə bilir.

Beləliklə, robot kamera, mikrofon və sensor ekranla təchiz edilib, təqvimdəki hadisələri yoxlaya, zəng edə, rəqs edə biləcək.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol