• $
  • €
  • ₽
  • ₺
  • £

Xamenei Məkkəni Səudiyyə Ərəbistanından almağa çağırdı

Xamenei Məkkəni Səudiyyə Ərəbistanından almağa çağırdı
06.09.2016 09:15

İranın ali lideri Ayətullah Seyid Əli Xamenei dünya müsəlmanlarına müraciət edərək, İslamın əsas müqəddəs ziyarətgahları - Məkkə və Mədinəyə Səudiyyə Ərəbistanının nəzarət etməsi məsələsini gündəmə gətirməyə çağırıb. 

Oxu.Az bildirir ki, bu xəbəri İran KİV-ə istinadla "Rosbalt” yayımlayıb.

Xamenei 2015-ci ildə Həcc ziyarəti zamanı yaranmış və minlərlə zəvvarın ölümünə səbəb olmuş hadisə üçün məsuliyyəti Səudiyyə Ərəbistanının üzərinə qoyub. Xatırladaq ki, həmin hadisə zamanı həlak olmuş zəvvarlar arasında xeyli İran vətəndaşı olub.

"Həcc ziyarətini turist gəzintisinə çevirmiş, İran xalqının inqilabı ruhuna və imanına qısqanclıqla yanaşan, dini siyasiləşdirən və Böyük şeytanın - ABŞ-ın hər bir uğursuzluğunda əsməyə başlayanlar qorxaq iblisdən başqa bir şey deyil”, - Xamenei bildirib. O həmçinin Səudiyyə Ərəbistanını sionist rejimlə iş birliyində və Fələstin xalqının əzabına biganəlikdə günahlandırıb.

2016-cı ilin Həcc ziyarətində İrana kvota ayrılmamasına hiddətini gizlətməyən Xamenei əlavə edib ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu İslamın əsas müqəddəs ziyarət yerlərini bütün dünya müsəlmanlarının ixtiyarına verməkdir.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol