• $
  • €
  • ₽
  • ₺
  • £

Belçikalı parlamentarilər “arzuolunmaz şəxslər” olacaq

Belçikalı parlamentarilər “arzuolunmaz şəxslər” olacaq
06.09.2016 20:48
"Ölkəmizin Belçika Krallığındakı səfirliyi parlament üzvlərinin işğal olunmuş Azərbaycan ərazilərinə qeyri-qanuni səfəri məsələsini Belçika parlamentinin Nümayəndələr Palatası, Els Van Hoofun təmsil olunduğu Xristian Demokrat və Flamandlar Partiyasının katibliyi, eləcə də Belçika Xarici İşlər Nazirliyi qarşısında qaldırıb”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Belçika parlamentinin üzvlərinin işğal olunmuş Azərbaycan ərazilərinə səfəri ilə əlaqədar məsələni şərh edərkən deyib.

O bildirib ki, Ermənistanın şişirtməsinə və yalanlarına baxmayaraq, Belçika federal parlamentində Ermənistan üzrə dostluq qrupunun sədri Els Van Hoof və Nümayəndələr Palatasının üzvü Corc Dalmanın səfəri fərdi səfərlərdir.

H.Hacıyev Van Hoofun Ermənistan və erməni lobbi dairələri ilə sıx əlaqələrə malik olduğunu söyləyib:

"Belçika Nümayəndələr Palatası bu səfərin heç bir halda qurumun fəaliyyətinə aidiyyəti olmadığını, palatanın iş cədvəlində Van Hoofun nə Ermənistana, nə də hər hansı digər yerə səfərinin nəzərdə tutulduğunu bildirib. Xristian Demokrat və Flamand Partiyasının katibliyi tərəfindən bu səfərdən xəbərsiz olduqları və  bunun deputatın öz şəxsi təşəbbüsü əsasında reallaşdırıldığı qeyd olunub”.

H.Hacıyev əlavə edib ki, müvafiq dəqiqləşdirilmə aparıldıqdan sonra qeyd olunan şəxslərin adları "arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol