AKP-çilər Gülənə görə ABŞ-a gedir

Türkiyənin nümayəndə heyəti Gülənlə bağlı danışıqlar üçün ABŞ-a gedir.
ANN.Az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin "Ədalət və inkişaf partiyası"nın (AKP) nümayəndələri Fəthullah Gülənin ekstradisiyası ilə əlaqədar Vaşinqtona yollanıblar. Türkiyəli nümayəndələrin ABŞ hökuməti ilə danışıqlar aparacağı bildirilir.
"Biz demokratlar və respublikaçılar, senatorlar, Nümayəndələr Palatası üzvləri ilə görüşlər keçirəcəyik. Bundan əlavə, vətəndaş cəmiyyəti təşkilatları, KİV-lərlə də görüşəcəyik. Çox zəngin proqramdır", - deyə beynəlxalq məsələlər üzrə partiyanın məsul şəxsi Mehdi Eker qeyd edib.
Bildirilir ki, Eker 5 millət vəkilindən ibarət nümayəndə heyətinə rəhbərlik edir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















