• $
  • €
  • ₽
  • ₺
  • £

Hakan Şükür haqqında daha bir cinayət işi açılıb

Hakan Şükür haqqında daha bir cinayət işi açılıb
06.09.2016 20:21
Bu il iyulun 15-də Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhd göstərməsindən sonra haqqında həbs qərarı çıxarılan tanınmış futbolçu Hakan Şükürə "Twitter" səhifəsində bir adamı təhqir etdiyi üçün yeni cinayət işi açılıb.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, Hakan Şükür "Audio, yazılı və ya görüntülü bir mesaj ilə təhqir" etməyə görə günahlandırılıb. 
Belə ki, psixoloq sözçüsü İsmayıl Loyan Hakan Şükür tərəfindən "Twitter" səhifəsində təhqir olunduğu üçün verdiyi şikayət əsasında başlayan istintaq tamamlanıb.

Anadolu Cumhuriyyət Baş Prokurorluğunda hazırlanan iddianamədə İ.Loyanın 2015-ci il noyabrın 24-də "Twitter"də Hakan Şükür adlı istifadəçinin Atatürklə əlaqədar yazı paylaşmasını görüb və buna şərh yazıb. Bundan sonra H.Şükür İ.Loyana qarşı təhqiramiz sözlər, onun qürur, şərəf və ləyaqətini təhqir edəcək şəkildə mesaj yazması təqsirli bilinib.

İddianamədə göstərilib ki, H.Şükür bu ittihamla əlaqədar ifadəsi alınması üçün axtarılıb, lakin heç bir ünvanda tapılmadığına görə ifadəsi alınmayıb. Belə olan halda H.Şükürün "Səs, yazılı və ya görüntülü bir mesaj ilə təhqir" iddiası ilə 3 aydan 2 il 4 aya qədər həbslə cəzalandırılması tələb edilib.
İddianamə göndərildiyi 33-cü Cəza Məhkəməsində qəbul olunub və H.Şükürün mühakiməsinə qarşıdakı günlərdə başlanılacaq.

Xatırladaq ki, bundan əvvəl, avqustun 16-da Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı başlayan istintaq-əməliyyat tədbirləri çərçivəsində futbol üzrə Türkiyə milisinin keçmiş futbolçusu Hakan Şükürün həbs edilib ifadəsinin alınması barədə qərar çıxarılıb. Ona qarşı terror təşkilatına üzv olmaq ittihamı irəli sürülüb. İstanbul Terrora və Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə idarəsi onun tutulub, ifadəsinin alınması barədə qərar verib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol