• $
  • €
  • ₽
  • ₺
  • £

Günahsız ola-ola 48 il öz edamını gözlədi - HƏYAT TARİXÇƏSİ

Günahsız ola-ola 48 il öz edamını gözlədi - HƏYAT TARİXÇƏSİ
13.09.2016 12:22
Dəhşətli həyat tarixçəsi

ANN.Az-ın xəbərinə görə, Yaponiyada yaşayan İvao Xakamada ömrünün 48 ilini həbsxanada keçirib. Bu illərin 34-ünü isə tənhalar üçün nəzərdə tutulmuş kamerada keçirən Xakamada bir müddət öncə bəraət qazanaraq, azadlığa çıxıb. 

Hal-hazırda onun 78 yaşı var və o, nəhayət ki, azadlıqdadır. Ancaq bu dövr ərzində Xakamadanın səhhəti olduqca pisləşib. Bu şəxs hər gün edam hökmünün veriləcəyini və həyatla vidalaşacağını gözləyirdi.

Bir zamanlar məşhur idmançı olan və boks, muay-tay kimi idman növlərində yarışlarda çıxış edən İvao 1967-ci ildə 4 nəfərin qətlə yetirilməsində təqsirləndirilib: zavod müdiri, müdirin arvadı və iki uşağı. Məsələ burasındadır ki, Xakamada həmin zavodda çalışıb və zavodda üzərində guya idmançının qan izləri olan paltarlar aşkar edilib. Polis isə idmançının hər zaman bir-iki ölçü böyük paltar geyindiyi faktına məhəl qoymayıb. Bununla İvao həbs edilib.

Dəfələrlə edilən şikayətlərə baxmayaraq, iki il sonra İvao edam cəzasına məhkum edildi.

Yalnız 2012-ci ildə İvaonun bacısı DNT testinin keçirilməsinə nail oldu və qan izlərinin Xakamada ilə əlaqəli olmadığını isbat etdi. Ancaq ədalətin bərqərar olması üçün daha bir neçə il lazım oldu. Nəhayət ki, qəhrəmanımız azadlığa çıxa bildi.

Xakamada ölkəsində əsl ulduza çevrildi. Onun haqqında filmlər çəkilir və müxtəlif verilişlər hazırlanır.

Rəşid

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol