• $
  • €
  • ₽
  • ₺
  • £

"Samsung" "Galaxy Note 7"yə görə 22 milyard itirdi

"Samsung" "Galaxy Note 7"yə görə 22 milyard itirdi
13.09.2016 17:36
Cənubi Koreyanın "Samsung Electronics" şirkəti son bir həftədə bazar dəyərini 3,9% və yaxud 22 mlrd. dollar itirib. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkətin bazar dəyəri ötən həftənin cümə günü 8 mlrd. dollar, bu həftənin bazar ertəsi günü isə 14 mlrd. dollar azalıb.

Azalmaya səbəb "Samsung Electronics"in istehsal etdiyi "Galaxy Note 7" smartfonlarının geri çağırılmasıdır. Şirkətin bu ilin avqust ayında satışa çıxardığı smartfonların akkumulyatorlarında nöqsanlar aşkar edildiyi üçün sentyabrın 2-dən həmin malların geri çağırılması barədə qərar qəbul edilib. Bu isə "Samsung Electronics"in səhmlərinin qiymətinə təsirsiz ötüşməyib.

Xatırladaq ki, ötən həftənin sonu  ABŞ-ın Federal Aviasiya İdarəsi sərnişinlərə xəbərdarlıq edərək "Galaxy Note 7" smartfonlarından təyyarədə istifadə etməmək, bunun təhlükəli olması barədə xəbərdarlıq edib. Avstraliya aviaşirkətləri - "Qantas Airways", "Jetstar", "Virgin Australia", "Tiger Airways" də bu smartfonların uçuş zamanı istifadəsinə qadağa qoyub.

Son nəticədə "Samsung Electronics" 2,5 mln. ədəd "Galaxy Note 7"ni geri çağırmalı olub. Şirkət müştərilərini əvəzedici smartfonlarla sentyabrın 19-na qədər təmin etməyi planlaşdırır.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol