• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya ilə Türkiyə birgə investisiya fondu yaradır

Rusiya ilə Türkiyə birgə investisiya fondu yaradır
13.09.2016 23:22
Rusiya və Türkiyə ümumi aktivləri 1 mlrd. ABŞ dolları olacaq birgə investisiya fondu yaradır.

ANN.Az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun (RBİF) baş direktoru Kiril Dmitriyev məlumat verib.

Onun sözlərinə görə, yeni fond prioritet sahələrdə həyata keçiriləcək birgə layihələrin maliyyələşdirilməsi məqsədi ilə yaradılır. Söhbət kənd təsərrüfatı, sağlamlıq, turizm, infrastruktur layihələrindən gedir.

"Hazırda Türkiyədə suveren fondun yaradılması başa çatmaq üzrədir. Birgə fond həmin fondun və RBİF-in təşkilatçılığı ilə yaradılacaq. Vacib odur ki, həm Türkiyədəki fondun, həm də birgə fondun təşkil edilməsində RBİF-in təcrübəsindən istifadə olunur", - deyə K.Dmitriyev qeyd edib.

Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi maliyyələşdirmə qurumu Türkiyənin "Rönesasn Holding"i ilə aktiv əməkdaşlıq edir, holdinqin Rusiyanın daşınmaz əmlak bazarı, tikinti sektoru ilə bağlı layihələrinə dəstək verilir. Eyni zamanda, digər türk şirkətləri ilə müxtəlif regionlarda və sahələrdə sövdələşmə imkanları öyrənilir.

RBİF rəhbəri vurğulayıb ki, yeni fondun yaradılması rus-türk investisiya layihələrini sistemli şəkildə maliyyələşdirməyə imkan verəcək: "Hazırda ümumi dəyəri 300 mln. dollar olan layihələrə maliyyə dəstəyi verilməsi imkanları nəzərdən keçirilir. RBİF 20 ölkə ilə tərəfdaşdır və bu cür tərəfdaşlığın hər birinin dəyəri bir neçə yüz milyon dollardan bir neçə milyard dollara qədər dəyişir.

Buna görə də, birgə fondun yaradılmasını optimal hesab edirik". Rusiya-Türkiyə birgə investisiya fondu 2017-ci ildə fəaliyyətə başlaya bilər. Hazırda perspektiv layihələr nəzərdən keçirilir.

Mütəxəsislərin fikrincə, bu, iki ölkə arasında biznes münasibətlərinin əlaqələndirilməsinə və böyük vəsait tələb edən iddialı layihələrin maliyyələşdirilməsinə imkan verəcək.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol