Ərdoğanın silahdaşı öldürüldü

Türkiyənin Hakkari əyalətində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yerli aparıcı fiqurlarından Ahmet Budak yaşadığı evin qarşısında aldığı güllə yarasından xəstəxanada ölüb.
Türkiyə KİV-i xəbər verir ki, o bu gün səhər saatlarında əyalətin Şemdinli rayonunda güllələnərək yaralanmışdı.
Məlumata görə, Şemdinli dövlət xəstəxanasında həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəbərdə bildirilib ki, A.Budak 2015-ci il noyabrın 1-də keçirilən parlament seçkilərində Hakkaridən millət vəkilliyinə 1 saylı namizəd olub.//Report
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















