"Google" vergilərdən yayınır? - İTTİHAM

İndoneziya "Google" şirkətinin vergi verməməsindən şübhələnir
ANN.Az "Reuters"ə istinadən xəbər verir ki, daha bir dövlət dünyanın ən aparıcı axtarış sistemi olan "Google" şirkətinin büdcəyə pul ödəmədiyini düşünür.
İndoneziyanın vergilər xidməti məsələ ilə bağlı təhqiqat aparmaqda israrlıdır. Bu barədə maliyyə nazirliyinin yüksək vəzifəli məmuru məlumat verib.
"Biz araşdırmalar aparacağıq, çünki "Google" rəhbərliyi yoxlamalardan imtina edib. Bu, sözsüz ki, cinayət fəaliyyətinin əlamətidir", - deyə İndoneziyanın vergi müfəttişliyinin rəhbəri Məhəmməd Hənif bəyan edib.
Onun sözlərinə görə, təhqiqat gələn aydan tez olmayaraq başlayacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















