• $
  • €
  • ₽
  • ₺
  • £

Pişikdən qorxan diktatorlar

Pişikdən qorxan diktatorlar
15.09.2016 17:32
Dünyada hamının təəccübləndirəcək, heyrətdə saxlayacaq bir çox qorxuları-fobiyaları var. Bütün fobiyalar şüuraltı proses kimi insanı hər zaman izləyir.
 
Bu cür qorxu növlərindən biri də aylurofobiya – pişikdən qorxma xəstəliyidir. Ətrafımızda, tanıdıqlarımız arasında bu cür insanları az görməmişik. Onlar bəziləri üçün çox sevimli olan bu ev heyvanlarını görən zaman sanki dəhşətə gəlirlər. Aylurofobların-pişikdən qorxan insanların reaksiyası bizlərə qəribə gəlsə də, onları da anlamaq lazımdır. Çünki bu cür insanların pişikləri gördükləri an verdikləri reaksiya- müdafiə mexanizmi şüursuz olaraq meydana gəlir.
 
Dünyanın bəzi nəhəng şəxsiyyətləri-sərkərdələri, diktatorları belə bu fobiyanın daşıyıcıları olublar. Orduları pərən-pərən salan, minlərlə insanın ölümünə səbəb olan diktatorların adi pişikdən qorxması həqiqətən də qəribədir.
 
ANN.Az moderator.az-a istinadən bu barədə bir neçə maraqlı faktı təqdim edir:
 
Pişikdən qorxanlar
 
Dünyanın yarısını işğal edən Makedoniyalı İsgəndər, Roma İmperatorluğunun güclənməsinin əsas səbəbkarı olan Yuli Sezar, Fransa kralları III Henri, XIV Lüdovik, orta əsrlərdə Mərkəzi Asiyanın şəksiz lideri Çingiz xan, XX əsrə qan udduran diktatorlar Adolf Hitler, Benito Mussolini, Lavrenti Beriya da pişikdən qorxanlar sırasındadırlar.
 
Bu fobiyanın adını çəkdiyimiz sərkərdə, kral və diktatorlarda yaranmasının hamısının oxşar səbəbi var. Bu səbəb konkret olaraq uşaqlıq yaddaşı ilə bağlıdır. Uşaq ikən insana vurulan fiziki, mənəvi zərbələr, psixoloji sarsıntılar hər zaman onu izləyir. İnsan ona əzab verən şüuraltı proseslərdən xilas ola bilmir. Məsələn, Fransa imperatoru Napoleon Bonapart 6 aylıq çağa olan vaxtında dayəsi hərdən onu evdə tək qoyarmış. Bu zaman evdə olan iki pişik altı aylıq uşağa tərəf gələr və obnunla oynayarmışlar. Təbii ki, 6 aylıq uşaq bu zaman psixoloji sarsıntı keçirib və bu onda patoloji fobiyaya çevrilib. Düşmən qılıncından, silahından zərrə qədər qorxmayan Napoleonun pişik görən kimi halı dəyişərmiş. Onun bu zəif damarından düşmən tərəf cəmi bir dəfə istifadə edir. İngilis komandan qoşunun bir hissəsinə 70 pişik əlavə edərək Napoleonun üzərinə göndərir. Məşhur sərkərdəyə bu üsulla psixoloji basqı edilir və o ağır durumdan çıxmaqda çətinlik çəkir. Beləliklə, ingilis ordusu pişiklərin sayəsində Napoleona qalib gəlir.
 
XX əsrin ən qəddar simalarından olan Hitler də pişikdən qorxub. Bir neçə il bundan qabaq İngiltərədə müşahidə olunan hadisə isə Hitlerlə pişiklərin qəribə əlaqələrini bir daha üzə çıxarır. İngiltərənin Kempston qəsəbəsindəki heyvan sığınacağında yaşayan 6 həftəlik pişik balası faşist lideri Hitlerə bənzəyir və "Hitler salamı" verə bilir. Ancaq sığınacaq rəsmilərinin "Hitler" deyə çağırdığı pişik bu xüsusiyyətinə görə özünə ev tapmaqda çətinlik çəkir. Sığınacağın sahibi Dara Dundon "Hər il təxminən 5 min 500 heyvana ev tapırıq, ancaq Hitlerə hələ ev tapa bilmirik'' ,- deyərək, bu qəribə pişikdən narazılıq edib.
 
Adolf Hitler isə ömrü boyu pişiklərdən qaçıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol