• $
  • €
  • ₽
  • ₺
  • £

İsveçdə 15 avtomobil və kitabxana yandırıldı

İsveçdə 15 avtomobil və kitabxana yandırıldı
18.09.2016 15:40
Ötən gecə İsveçin cənubundakı Malmö şəhərində 15 avtomobil yandırılıb.

"Report"un məlumatına görə, bu barədə "Sydswenskan" qəzetinin elektron versiyası xəbər yayıb.

Məlumata görə, yanğın Seved və Rusenqord rayonlarında baş verib. Hadisə zamanı həmçinin əlillər üçün nəzərdə tutulmuş xüsusi nəqliyyat vasitəsi də yandırılıb.

Xilasedicilər qaz balonunun olduğu avtomobilin yanması səbəbindən yaranmış partlayış təhlükəsi ilə əlaqədar yaxınlıqdakı yaşayış binasının sakinlərini ərazidən təxliyə etməli olublar.

Cinayətkarlar həmçinin Limxamn rayonunda inşa edilməkdə olan kitabxana binasını da yandırıblar.

Hadisə zamanı xəsarət alan olmayıb.

"Biz hadisənin təsadüfən baş verdiyini düşünmürük" – deyə yerli polisin nümayəndəsi Mari Keysmar bildirib.

Qeyd edək ki, yay mövsümünün əvvəlindən Malmödə 110-dan çox avtomobil yandırılıb.

Hələlik hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol