• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada nə qədər insan yaşayıb? - VİDEO

Dünyada nə qədər insan yaşayıb?  - VİDEO
28.05.2020 23:17
Amerikalı demoqraflar bəşəriyyətdə məskunlaşanların inkişaf tempini hesablayıb. Bu Homo Sapiens növündən başlayaraq edilib. Alınan nəticə olduqca maraqlıdır.

Bir çoxu bizim dövrümüzdə yaşayan insanları xüsusi hesab edir, tarixi hadisələrin astanasında, dönüş nöqtəsində həyat sürdüyümüzü iddia edir. Lakin bu günə qədər Yer üzərində yaşamış insanların sayını eşitdikdən sonra, eyni düşüncədə qalmaq bir az çətinləşir. Əsas sual isə bu günə qədər nə qədər insanın yaşaması deyil, nə qədər insanın ölməsidir. 
 
2015-ci ildə Nyu York Demoqrafiya Bürosunun apardığı hesablamalara əsasən, həmin ilə qədər Yer üzərində yaşayan insanların sayı 108,2 milyarddır. Hal-hazırda yaşayan 7.4 milyard insanı bu rəqəmdən çıxsaq 100, 8 milyard qalır. Deməli bizə qədər yaşayan və ölən 100,8 milyard insan olub. Həm təəccüblü, həm də vahiməli faktdır, deyilmi? 

Ölənlərin sayı yaşayanların sayından 14 dəfə daha çoxdur. Həqiqətən də böyük bir zombi ordusu yaradacaq dərəcədə nəhəng saydır. Əgər daha nikbin düşünmək istəyirsinizsə, qeyd etməyə dəyər ki, bizim çağdaşlarımız bu günə qədər yaşayan insanların 6,8%-ni təşkil edir.  Daha sadə səslənməsi üçün bu rəqəmi 7% olaraq yuvarlaşdıra bilərik. Biz Yer üzərində yaşayan insanların 7%-yik. Odur ki, gəlin dünyanı daha çox korlamayaq və yaxşı iz qoymağa çalışaq. 

Alimlər bu nəticəni necə əldə ediblər? Vaşinqton Bürosunun saytında demoqrafların hesabatları var. Həmin hesabatda deyilir ki, ilk insanın (Homo Sapiens) yaranmasını başlanğıc nöqtəsi olaraq götürülüb. Bu tarixin başlanğıc olaraq götürülməsi mübahisəli ola bilər –  lakin 50 min əvvəl bu hesabatlarda ilk insanın yaşadığı dövr olaraq istifadə edilir. Əlbəttə, həmin dövrə qədər yaşamış dəqiq insan sayını heç kəs deyə bilməz. Təkamülün ilk çağlarında ölüm sayının da olduqca böyük olması, insanların sağ qalması və çoxalması faktlarına təsir göstərirdi. Məsələn, bizim əcdadlarımızda uşaq ölümlərinin sayı hər 1000 uşaqda 500-ə qədər yüksək ola bilirdi. Bəzi tarixi dövrlərdə isə orta həyat yaşı 10 yaşa qədər davam edirdi. //Pahoo.az
 

 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol