• $
  • €
  • ₽
  • ₺
  • £

2080-ci ildə insanlar onu tapmayacaqlar

2080-ci ildə insanlar onu tapmayacaqlar
19.09.2016 19:31
İqlim dəyişikliyi qəhvə plantasiyalarına mənfi təsir göstərir.

ANN.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə Avstraliya İqlim İnstitutunun mütəxəssisləri apardıqları araşdırmada yazırlar. Hesabatda göstərilir ki, 2050-ci il üçün qəhvə əkilən torpaq sahələri 2 dəfə azalacaq. 2080-ci ilə qədər isə Yer kürəsində qəhvə bitkisi məhv olacaq.
 
Avstraliyalı alimlər bunun əsas səbəbi kimi qlobal istiləşmə şəraitində qəhvə bitkilərində zərərli mikroorqanizmlərin və həşəratların aktivləşməsini göstərirlər. Təkcə 2012-ci ildə Mərkəzi Amerikada qəhvə plantasiyalarının yarısı bundan zərər görüb, Qvatemalada isə məhsulun 85%-i məhv olub. "Guardian" qəzetinin xəbərinə görə, 2012-2013-cü illərdə regiona 500 milyon dollar zərər dəyib, 350 min insan işsiz qalıb.
 
Əgər qlobal istiləşmə tempi davam edərsə və buna qarşı effektiv tədbirlər görülməzsə, qəhvə yetişdirən Burundi, Nikaraqua, Qvatemala, Efiopiya, Braziliya, Vyetnam, Kolumbiya və İndoneziya kimi ölkələrdə 25 milyona qədər insan zərərlə üzləşəcək.
 
Hər il dünyada 2,25 milyard fincan qəhvə içilir və hər il 5% artır.
 
Mütəxəssislər situasiyanı dəyişmək üçün bir neçə variant təklif edirlər. İlk növbədə fermerlərə ekvatordan uzaq və dağlıq relyefə malik ərazilərdə qəhvə plantasiyası salmağı təklif edirlər.
 
Qəhvə bir neçə ildən sonra məhsul verdiyi üçün prosesin dərhal başlanması təklif olunur. Alimlər qlobal istiləşmə ilə mübarizədə bütün ölkələrin səy göstərməli olduğunu xatırladırlar.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol