• $
  • €
  • ₽
  • ₺
  • £

Döyüşlər şiddətləndi: 100 nəfər öldürüldü

Döyüşlər şiddətləndi: 100 nəfər öldürüldü
20.09.2016 15:13
Suriyada son iki gün ərzində döyüşlər yenidən şiddətlənib.

ANN.Az publika.az-a istinadən bildirir ki, Rusiyanın Hava-kosmik gücləri tərəfindən dəstəklənən Suriya qoşunları Hələb şəhərinin cənubi-qərbində "Ən-Nüsra" Cəbhəsi qruplaşmasının hücumunu dəf edib.
 
Əsas döyüşlər hərbi məktəblər və "Kvartal 1070" adlanan ərazidə baş verib. Məlumata görə, Suriya ordusu əks-hücumun gedişatında dörd tank, üç piyada döyüş maşını, böyuk kalibrli pulemyotlarla doqquz avtomobili, həmçinin 100 döyüşçünü məhv edib.
 
"Ən-Nüsra" Cəbhəsi qruplaşması Hələb ətrafında Suriya hökumət qoşunlarının mövqelərinə 19 sentyabrda genişmiqyaslı hücuma başlayıb. Tank hücumundan əvvəl rejim gücləri artilleriya və reaktiv atəş sistemlərindən atəşə məruz qalıb.
 
Məlum olub ki, BMT və Qızıl Aypara Cəmiyyətinin birgə humanitar yardım karvanı atəşə tutulub. Ən azı 12 nəfərin həlak olduğu, 31 avtomobildən 18-nin zədələndiyi bildirilir.
 
ABŞ bildirib ki, Rusiya ilə əməkdaşlıq prinsiplərini yenidən gözdən keçirmək niyyətindədir. Vaşinqtonda hesab edirlər ki, atəşkəsin pozulmasına görə Moskva məsuliyyət daşıyır.
 
Daha əvvəl isə Suriya ordu komandanlığı ölkədəki üsyançı qrupların ABŞ-Rusiya danışıqları nəticəsində əldə olunmuş atəşkəs razılığına məhəl qoymadığını bildirərək sazişin sona çatdığını açıqlayıb.
 
Suriyada atəşkəs rejimi haqqında razılaşma 9 sentyabrda Cenevrədə Rusiya və ABŞ-ın diplomatik idarələrinin başçıları Sergey Lavrov və Con Kerri arasında əldə edilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol