• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən varlısı: Sıfırdan gəlib Bill Qeytsi keçən fəhlə

Dünyanın ən varlısı: Sıfırdan gəlib Bill Qeytsi keçən fəhlə
20.09.2016 20:30
Bir dəmiryolu fəhləsi oğlunun dünyanın ən varlı insanı olmasının hekayəti.

Hər nə qədər dünya onu qısaca olaraq "Zara" geyim brendinin müəllifi kimi tanısa da, Amansi Orteqa (Amancio Ortega) həmçinin"Massimo Dutti", "Pull & Bear", "Bershka", "Oysho" kimi bir çox markanın da sahibidir. Və o, fəhləlikdən milyarderə çevrilən biridir...

Ölkə.Az xəbər verir ki, Orteqa 79,5 milyard dollarlıq sərvəti ilə ötən həftə "Microsoft" şirkətinin sahibi Bill Qeytsi geridə qoyaraq dünyanın yaşayan ən varlı insanı ünvanını əldə etdi. Əzm dolu və motivasiya edici bu hekayəti sizlər üçün hazırladıq.

Orteqa 1936-cı ildə ispan bir dəmiryolu fəhləsinin oğlu olaraq dünyaya göz açır.

Dörd uşağın ən kiçiyi olan Orteqa 14 yaşında atasının işi ilə əlaqədar La Korunaya köçmək məcburiyyətində qalır. Orteqa burada yerli köynək istehsalçısında fəhlə kimi iş həyatına başlayır.

Burada eyni zamanda dərzilik öyrənən Orteqa qısa müddət sonra ailəsiylə birlikdə kiçik bir dərzi otelyesi açır.

Burada əl istehsalı geyimlər tikməyə başlayır, ehtiyac duyduqca isə tikiş bilən qadınları da bu işə cəlb edir.

Kiçik bir ailənin ilk cəhdi kimi başlayan həmin bu dərzi otelyesi illər sonra İspaniyanın moda sahəsindəki ən böyük firması olaraq tarixə düşəcək...

Nəhayət, 1975-ci ildə o zamankı həyat yoldaşı Rosalia ilə birlikdə "Zara" adlı marka yaradaraq elə həmin il İspaniyadakı ilk "Zara" mağazasını da açırlar.

Marka getdikcə böyüməyə və populyarlaşmağa başlayır. Bəs Orteqanın işini belə bir sürətlə böyüdən strategiyası nə olmuşdu?

"Zara" son dəb geyimlər təqdim etdiyi halda orta sinif gəlir səviyyəsinə xitab edirdi. Yəni strategiya bu idi: Podiumda, "moda həftələrində" görünən və əlçatmaz olan bütün model geyimləri imitasiya edir, münasib qiymətə satırdı.

Hazırda 79.5 milyard şəxsi sərvətə malik olan Orteqa dünyanın pərakəndə geyim bazarının 50%-dən çoxuna nəzarət edir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox