• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin nə qədər sərvəti var? - RƏSMİ AÇIQLAMA

Putinin nə qədər sərvəti var? - RƏSMİ AÇIQLAMA
21.09.2016 14:41
"Rusiya prezidenti Vladimir Putində heç bir məxfi milyardlar yoxdur”. Bu haqda VTB dövlət bankının prezidenti Andrey Kostin CNBC-yə müsahibəsində bildirib.
 
"Mən inanmıram ki, Putində iki milyard dollar var”, - Kostin vurğulayıb.
 
Bankın başçısı əlavə edib ki, Putin özünü tamamilə işə və Rusiyanı dəyişdirməyə  həsr edib: "Düşünmürəm ki, milyardlar onun prioritetləri arasında hesab olunur… Heç kəs heç vaxt Putində nə milyard, nə də milyonlar görüb”.
 
Qeyd edək ki, Rusiya prezidentinin gizli sərvəti haqqında iddialar zaman-zaman gündəmə gəlir.
 
Hermitage Capital” investisiya fondunun rəhbəri Bill Brauder ötən il sensasion bəyanatla çıxış edib. Onun sözlərinə görə, Vladimir Putinin sərvəti təxminən 200 milyard dollar civarındadır.
 
Bu ilin iyulunda isə Rusiya prezidentinin 70 milyard dollar sərvəti olması barədə iddialar gündəmə gəldi.
 
Putinin sərvəti barədə şayiələr "Panama dosyesi”nin dərcindən sonra daha çoxalıb. Kostin aprel ayında "Bloomberg” agentliyinə müsahibəsində Rusiya prezidentinin Panama ofşor zonası ilə əlaqəsi haqqında iddiaları cəfəngiyat adlandırıb. Avqust ayında isə "Financial Times” qəzetinə bildirib ki, Putində milyardları axtarmaq faydasızdır, çünki o, özünü sadə həyata məhkum edib.(publika.az)


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol