• $
  • €
  • ₽
  • ₺
  • £

Osmanlı sultanı İran şahından Azərbaycan üçün nə istəyib?

Osmanlı sultanı İran şahından Azərbaycan üçün nə istəyib?
23.09.2016 15:52
Osmanlının son sultanlarından olan II Əbdülhəmid Xanın 174-cü ildönümü ərəfəsində Türkiyədə onun şəxsiyyəti haqda müzakirələr davam edir.
 
Publika.az xəbər verir ki, ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyası (CHP) Əbdülhəmid Xanı tənqid edir, AKP isə müdafiə edir.
 
"Haber7” saytının yazarı Serkan Üstüner isə Osmanlı sultanının müdafiəsinə qalxaraq, onun atdığı addımları sıralayıb.
 
Əbdülhəmid Xanın Azərbaycan məktəblərindəki qadağanı götürməsi də onun xidmətləri arasında diqqət çəkir.
 
Osmanlı məktəblərində (xristian məktəbləri də daxil olmaqla) türk dilinin yaxşı öyrədilməsi əmrini verən Əbdülhəmid Xan İranın nəzarətində olan Cənubi Azərbaycan məktəblərində də türk dili qadağasının ləğv edilməsində böyük rol oynayıb.
 
Qeyd edək ki, həmin vaxt İranın nəzarətində olan Cənubi Azərbaycanda məktəblərdə türk dilinin öyrədilməsi qadağan idi. Əbdülhəmid Xan 1990-cı ilin oktyabr ayında İstanbula səfər edən İran şahı Muzafferüddin Qacarla görüş keçirir və həmin görüşün nəticəsi olaraq Azərbaycan məktəblərində türk dili qadağası aradan götürülür.
 
Tarixçilər hesab edirlər ki, Cənubi Azərbaycan türklərinin tarixi kimliklərini qoruyub saxlamasında bu addımın böyük rolu olub.
 
II Əbdülhəmidin indiki Türkiyədə mövcud olan bir çox şeyin ilk qurucusu kimi xatırlanır. 

- İlk dəfə elektrik enerjisini, təbii qazı gətirib, müasir əczaçılığı tətbiq edir.

- İlk avtomobili gətirib, 5 min kilometr yol tikib.

- Dünyanın ilk metrostansiyalarından birini Karaköy-Taksim arasında inşa etdirib, tramvay qurub.

- Çikaqodan turizm şirkətlərini Türkiyəyə gətirib.

- Avropa ölkələrinin kəşfiyyat xidmətlərində türk casuslarının olduğu şəbəkəni qurub. Təsəvvür edin ki, CİA, Mossad kimi kəşfiyyat orqanlarında MİT casusları var.

- Ziraat bankını yaradıb, ticarət, sənaye təşkilatları qurub.

- Fabrik və zavodlar açıb.

- Qərbi Türküstana əsgər göndərək yerli xalqı Çinə qarşı təşkilanlandırb.

- Telefonu Avropadan beş il sonra Türkiyəyə gətirib.

- İstanbul boğazı üzərində iki körpünün xəritəsini hazırlayıb.
 
Və saydıqca bitməyən bir çox işlərə imza atıb.
 
Bu gün Türkiyədə Əbdülhəmidi "Osmanlının sonuncu hökmdarı” olaraq da qeyd edirlər. Halbuki,  o,1909-cu ildə taxtdan düşəndən sonra Osmanlını imperiya dağılana qədər daha üç sultan idarə edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox