• $
  • €
  • ₽
  • ₺
  • £

“Ağıllı” kəmər lazımi yerə çatmağa kömək edəcək

“Ağıllı” kəmər lazımi yerə çatmağa kömək edəcək
23.09.2016 18:42
Böyük şəhərdə bəzən lazımi yeri tapmaq çətin olur. Müasir texnologiyalar sayəsində bütün smartfon istifadəçiləri xəritədə mənzil başını tapa və marşrutu müəyyənləşdirə bilir. Lakin hərəkətdə olarkən, xüsusilə, məsələn, motosiklet sürərkən yolu azmamaq üçün xəritəyə baxmaq narahatlıq yaradır.

"ICTnews” Elektron Xəbər Xidməti "4PDA” resursuna istinadən yazır ki, italyan dizayner Marko Zaqariya problemi orijinal üsulla həll etməyi təklif edərək düzgün istiqaməti göstərən "ağıllı” kəmər icad edib. "Ubivade” adlanan aksessuar 16 vibrasiya motorunun quraşdırıldığı adi dəri kəmərdir. Vibrasiya sayəsində "Ubivade” lazımi yerə çatmaq üçün harada dönməyi əvvəlcədən deyəcək, eləcə də avtobus dayanacağı barədə xəbərdarlıq edəcək.

Qurğunun başlıca müsbət cəhəti diqqəti yayındıran displey və düymələrin olmamasındadır. İstifadəçi qarşıdan gələn adamla toqquşmaq riski ilə üzləşmir, eləcə də motosiklet və ya velosipeddə gedən zaman xəritəyə baxmaq üçün dayanmağa ehtiyac qalmır. Bunun üçün yalnız yola düşməzdən əvvəl smartfon əlavəsində lazım olan yeri qeyd etmək tələb olunur. Mobil qurğu ilə "Bluetooth” vasitəsilə birləşdirilmiş kəmər hara dönmək lazım olanda həmin tərəfdən vibrasiya siqnalı verəcək. 

Hazırda "Kickstarter” saytında layihə şəklində olan "Ubivade” kəmərini 190 dollara sifariş etmək olar. Mavi, qəhvəyi və qara rəngli kəmər klassik və idman üslubunda istehsal ediləcək. Aksessuarın tədarükünə 2017-ci ilin fevralında başlamaq planlaşdırılır.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol