• $
  • €
  • ₽
  • ₺
  • £

Roma Papasının Sultan Fatehə qəribə təklifi - 555 illik məktub

Roma Papasının Sultan Fatehə qəribə təklifi - 555 illik məktub
23.09.2016 22:20
Sultan Fateh Mehmet İstanbulu fəth etdikdən sonra Bizansın təşkilatçılığı ilə hərəkət edən xaçlı yürüşlərinə də son qoyuldu. 

Xristianlığın Şərqdəki mərkəzi olan Bizans imperatorluğunun süqutundan sonra həm xristian ölkələri, həm də Papa çox narahat idi. Çünki Osmanlının Avropaya səfərlərinin qarşısını ala biləcək güclü bir xristian dövləti yox idi. Belə olan halda Roma papası II Piy Sultan Fatehə məktub yazaraq, onu xristianlığa dəvət edir.
 
Bir çox tarixçilərin bildirdiyinə görə, Sultan Fateh Mehmet də Papaya "Sünnət ol, səni Şeyxülislam eləyim” cavabını göndərib. Ancaq Necdet Bayraktaroğlunun yazdığına görə, Fatehin Papaya cavabı haqqında arxivlərdə hər hansı sənəd yoxdur. 
 
1461-ci ildə yazılan və hələ də Venesiya arxivlərində saxlanılan həmin məktubu təqdim edirik:  
"Sultan həzrətləri, əgər öz iqtidarının gücününün xristian millətləri arasında yayılmasını, yaxud tarixə misilsiz qəhrəman kimi düşməyi istəyərsənsə, o zaman qızıla, gümüşə, quruda və dənizdə güc sahibi olmağa ehtiyac yoxdur, bunun üçün balaca bir hərəkətin yetərlidir. Əgər bunu həll edərsənsə, dünyanın ən uca, bütün insanlıq tarixinin ən böyüyü olarsan.
 
Bunun nə olduğunu soruşursan? Tapmaq o qədər də çətin deyil, heç uzaqlara da getməyə ehtiyac yoxdur. Onu hər yerdə tapa bilərsən. Belə ki, xaç suyuna çəkilərək xristianlığı və İncilin təlimlərini qəbul etmək lazımdır. Əgər bunu edərsənsə dünyanın ən məşhur və güclü şahzadəsi olarsan. Səni Rum və Şərqin qanuni imperatoru edərik. Xristian aləmi sizi təqdis edər və xristianlıqda mütləq hakim olarsınız. Zorla əldə edib ədalətsizcəsinə əlində saxladığın yerlər halal haqqın olar. Bütün xristianlar sənə hörmət edər. Anlaşılmayan məsələlərdə sənə müraciət edərlər.
 
Zülm görən hər kəs ortaq hamisi kimi sənə sığınar. Dünyanın hər yerində yaşayan insanlar səndən kömək istəyər. Çoxu da sənə könüllü olaraq boyun əyər və vergi verərlər. Tiranları məğlub etmək, yaxşıları qorumaq və düşmənlərlə mübarizə aparmaq vəzifəsi sənə verilər. Əgər doğru yolla irəliləyərsənsə Roma kilsəsi sənə qarşı çıxmaz. Bu ruhani taxt səni digər krallar kimi sevgi ilə qəbul edəcəkdir. Hətta onlardan da daha çox, çünki sənin mövqeyin daha yüksəkdir. Bu şərtlər altında bir çox krallığı müharibə aparmadan əldə edə bilərsən...
 
Düşmənlərinə əsla yardım etməyəcəyik. Əksinə, Roma kilsəsinin haqlarını ələ keçirməyə çalışanlara qarşı səndən yardım istəyəcəyik."/Admiral.az/

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol