• $
  • €
  • ₽
  • ₺
  • £

İqlimşünas alimdən dəhşətli - PROQNOZ

İqlimşünas alimdən dəhşətli - PROQNOZ
01.10.2016 17:20
NASA-nın keçmiş əməkdaşı iqlimşünas alim Con L. Keysi sensasion proqnozlarla çıxış edib. O, yeni çapdan çıxmış kitabında yer kürəsinə 30 il davam edəcək sərt qış fəslinin yaxınlaşdığını iddia edib.

Publika.az xəbər verir ki, Keysinin tezislərinə görə önümüzdəki 30 il qlobal soyuma baş verəcək. O öz kitabında bunu günəşin fəallığının azalmaları ilə izah edir.

Maraqlıdır ki, Keysinin bu tezislərini bir çox həmkarları da dəstəkləyib. Alimlərin fikirlərinə görə, önümüzdə bizi "solar minimum" deyilən günəşdəki alovlanma və partlamaların azalacağı bir dövr gözləyir. Alimlər hesab edirlər ki, getdikcə günəşin fəallığı azalacaq və "solar qış yuxusu" dövrünə girəcək.

Günəşin 30 il davam edəcəyi təxmin edilən qış yuxusunda okean və atmosferin temperaturu xeyli aşağı düşəcək. Nəticədə böyük vulkanik partlamalar və zəlzələlər olacağı ehtimal edilir.

Həmçinin kitabda, temperaturun düşməsilə bitkilərin donması nəticəsində kənd təsərrüfatı istehsalına böyük zərər dəyəcəyi və qida uğrunda qarşıdurmaların yaranacağı qeyd edilib.

Rusiya bilir

Keysi iddia edir ki, son ayların ən böyük qarşıdurmalarının yaşandığı yerlərdən biri olan Ukraynadakı böhranın səbəbi də bu ani iqlim dəyişikliyinə qarşı Rusiyanın tədblər planı ola bilər.

Keysinin təxminlərinə görə, Rusiyanın Ukraynadakı əsl maraq mərkəzi indilərdə ikiyə bölünmüş olan ölkənin əhəmiyyətli bir buğda qaynağı olmasıdır. Bu nəzəriyyəyə görə, Rusiya "solar qış yuxusu" zamanı qida ehtiyacını qarşılaya bilmək üçün Ukraynanın qaynaqlarını istifadə etməyi planlaşdırır.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol