• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvili Gürcüstanda hakimiyyətə qayıdır? - İDDİA

Saakaşvili Gürcüstanda hakimiyyətə qayıdır? - İDDİA
03.10.2016 12:14
Odessa vilayətinin qubernatoru Milli polis başçısı Dekanoidzeni də özü ilə gətirmək istəyir

ANN.Az Rustavi-2 telekanalına istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin qubernatoru bir neçə cinayətdə ittiham edildiyi vətəninə qayıtmaq istəyir.

Gürcüstanda Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsinə potensial olaraq Ukraynanın hazırkı Milli polis rəhbəri Xatiya Dekanoidzeni görürlər. 

"Mən doğrudan da Gürcüstana qayıtmaq və seçki nəticələrini müdafiə etmək fikrindəyəm. Mən əminəm ki, partiyam gücləndiyi üçün gələn seçkilərdə qalib gələ bilər. Sözügedən məsələ partiya üzvləri ilə həll edilməyib, çünki nəticədə hər şeyə partiya qərar verməlidir. Ancaq mən, məsələn, Xatiya Dekanoidzeni gətirərək, daxili işlər naziri təyin edərdim", - deyə Saakaşvili Nyu-York şəhərində yaratıdğı Vahid Milli Hərəkat partiyasının tərəfdarları ilə görüşdə bildirib.

Gürcüstanda parlament seçkiləri bu ilin 8 oktyabrında baş tutacaq.

Xatırladaq ki, bir müddət öncə Gürcüstanın daxili işlər naziri bildirib ki, Saakaşvili respublika ərazisini keçən kimi saxlanılacaq.

Gürcüstanın sabiq baş naziri milyarder Bidzina İvanişvili bəyan edib ki, Saakaşvilini "rahat həbsxana" gözləyir.

Xatırladaq ki, gürcü siyasətçisi və 2004-2013-cü illərdə Gürcüstan Respublikasının Prezidenti olub. 2003-cü ilin oktyabrında Gürcüstanda baş vermiş qızılgül inqilabının əsas ideya müəllifi olmuş və 15 yanvar 2004-cü ildə prezident səçkilərinin nəticələrinə əsasən Gürcüstan Respublikasının Prezidenti seçilmişdir. 5 yanvar 2008-ci ildə növbədənkənar seçkilərdə yenidən qələbə qazanıb.

2013-cü ildə Gürcüstan prezidenti vəzifəsini başa çatdıran Saakaşvili bir müddət Avropa və ABŞ-da hüquq sahəsində çalışdıqdan sonra Ukraynaya yollanıb. 2014-2015 Ukrayna siyasi mühitində mühüm rollardan birini oynayan Mixeil Saakaşvili Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edilib.

Rəşid MUSTAFAZADƏ


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol