• $
  • €
  • ₽
  • ₺
  • £

“Google” yeni texnologiya hazırladı

“Google” yeni texnologiya hazırladı
04.10.2016 10:48
"Google" şirkəti kompüter təlimi platformasını ümumi istifadəyə verib. Bu, proqram tərtibatçılarına neyroşəbəkələrdən istifadə etməklə innovativ məhsullar yaratmağa imkan verəcək.

ANN.Az ICTnews-a istinadən bildirir ki, əvvəllər xidmətdən yalnız bəzi istifadəçilər alfa versiyasında istifadə ediblər. Yeni alət dünyada proqram tərtibatçıları tərəfindən yaradılan istənilən əlavə və proqramı yaxşılaşdırmağa imkan verəcək.  

Mütəxəssislər şirkətin bloqunda "Airbus" şirkətinin "Google"un "bulud" kompüter təlimi texnologiyasından istifadə etməklə müdafiə sistemləri və kosmik məkanın tədqiqi sistemlərinin necə optimallaşdırılması barədə məlumat veriblər. Yeni alət vasitəsilə "Airbus" əməkdaşları peyk təsvirlərinin avtomatik aşkarlanması və düzəlişi funksiyasını yaxşılaşdırmağa nail olublar. "Kompüter təlimi "bulud" texnologiyası bizə peykdən çəkilən təsvirlərin analizinin dəqiqliyini və sürətini artırmağa imkan verib. O, onilliklər boyunca mövcud olan problemləri həll etməyə şərait yaradıb", - "Airbus" şirkətinin əməkdaşlarından biri qeyd edib.

Texnologiyanın inkişafa, xüsusilə müasir startaplara təsir etməsi ilə "Google"un kompüter təlimi sahəsində nailiyyətləri insan fəaliyyətinin bütün sahələrinə təsir göstərə bilər. Süni intellekt texnologiyaları bütün mümkün problemlərin həllində öz effektivliyini dəfələrlə nümayiş etdirib. Belə ki, kompüter təlimi sistemindən istifadə edən "Google" serverlərin elektrik enerjisi ilə təmini üçün xərcləri azalda bilib.

"Google" kompüter təlimini ümumi istifadəyə verməklə yanaşı,  bu sahədə mütəxəssis hazırlığı ilə məşğul olacaq. Süni intellektindən istifadəyə maraq göstərən hər kəsin şirkətin mütəxəssisləri ilə lazımi biliklər əldə etmək üçün əlaqə yaratmaq imkanı olacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol