• $
  • €
  • ₽
  • ₺
  • £

"Yahoo" casusluqda ittiham olunur

"Yahoo" casusluqda ittiham olunur
05.10.2016 14:32
ABŞ-ın "Yahoo" şirkəti hüquq-mühafizə orqanlarının lehinə öz istifadəçilərinə qarşı casusluq edib.
 
"APA-Economics" "Vesti Hi-tech" portalına istinadən xəbər verir ki, şirkət gizli proqram vasitəsilə istifadəçilərinin yazışmalarına nəzarət edib. "Burada əsas məqsəd Milli Təhlükəsizlik Agentliyini və Federal Tədqiqatlar Bürosunu lazımi informasiya ilə təmin etmək olub", - portal şirkətin sabiq əməkdaşlarına istinadən yazır.
 
Adlarının anonim saxlanılmasını istəyən mütəxəssislər deyir ki, şirkət rəsmi Vaşinqtonun sorğuları əsasından milyonlarla akkaunta nəzarət edib.
 
"Şirkətin menecmentində təmsil olunan bir sıra şəxslər bu cür siyasətlə razı deyildi. Nəticədə onlar yeni iş yeri axtarmağa məcbur oldu", - deyə onlar qeyd edib.
 
Yeri gəlmişkən, qalmaqalı Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı, hazırda Rusiyada mühacirətdə olan Edvard Snouden də şərh edib. O öz "Twitter" hesabı vasitəsilə hər kəsi "Yahoo"dan imtina etməyə çağırıb: "ABŞ qanunlarını kobud şəkildə pozan şirkətin hərəkətləri heç bir çərçivəyə sığmır".
 
"Yahoo" rəhbərliyi isə hər hansı şərh verməyə tələsmir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol