• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvada azərbaycanlılara QADAĞA

Moskvada azərbaycanlılara QADAĞA
05.10.2016 16:50
Moskva Müsəlmanları Ruhani İdarəsi Rusiya paytaxtındakı Cümə məscidində baş verən hadisə ilə əlaqədar azərbaycanlıların məktubuna rəsmi cavab verib.

Bunu Report-un Moskva müxbirinə Rusiyada fəaliyyət göstərən "Əhli-Beyt” ictimai təşkilatının sədri Nizami Baloğlanov bildirib. 

Onun sözlərinə görə, Moskva Cümə məscidində dünən baş verən qarşıdurmada təqribən 200 azərbaycanlı iştirak edib. N.Baloğlanov bildirib ki, icma liderləri və hüquq-mühafizə orqanlarının əməkdaşları qarşıdurmanın genişmiqyaslı davaya çevrilməsinin qarşısını alıb.

Təşkilat sədri vurğulayıb ki, Moskva Müsəlmanları Ruhani İdarəsi "Əhli-Beyt” icmasına rəsmi məktub göndərib: 

"Məktubda qeyd olunub ki, azərbaycanlılara Məhərrəm ayı ilə bağlı Cümə məscidində tədbirlər keçirməyə icazə verilmir. Bunu müxtəlif icmalar arasında münaqişə ola biləcəyi ilə əsaslandırıblar. Biz 20 ildir Cümə məscidində analoji tədbirlər keçiririk. İndi məsciddə aparılan yenidənqurma işlərindən sonra toplaşmağımıza icazə vermirlər. Bazar ertəsi normal qaydada məsciddə toplaşaraq namazımızı qılıb, duamızı etdik. Amma sonrakı gün kimlərinsə təhrikinə görə digər müsəlmanları bizə qarşı qoydular”.

O əlavə edib ki, hazırda Moskvada yaşayan azərbaycanlıların şiələr üçün müqəddəs aylarda, bayramlarda və anım günlərində toplaşacağı heç bir yer yoxdur: 

"Bu səbəbdən azərbaycanlılar İranın Rusiyadakı səfirliyi yanında fəaliyyət göstərən İslam Mədəniyyət Mərkəzində toplaşmağa məcburdur”.

N.Baloğlanovun sözlərinə görə, təşkilat dəfələrlə imanlıların dualarını edib, namazlarını qılmaları üçün məkan ayrılması xahişi ilə Moskva meriyasına və azərbaycanlıların diaspor təşkilatlarına müraciət edib, amma bunun heç bir nəticəsi olmayıb, məsələ "ölü nöqtə”dən tərpənməyib. 

Xatırladaq ki, dünən gecə Moskva Cümə məscidinə toplaşan azərbaycanlılara qarşı təxribat törədilib. Bir qrup gənc məscid otağına daxil olaraq azərbaycanlılara hücum edib və onların məscidi tərk etmələrini tələb edib. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində xəsarət alan olmayıb.

Bu gün hadisə ilə bağlı Moskva Müsəlmanları Ruhani İdarəsində Rusiyanın baş müftisi Ravil Qaynuddinin iştirakı ilə görüş keçiriləcək.




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol