• $
  • €
  • ₽
  • ₺
  • £

12 yaşlı uşağın 100.000 borcu yarandı

12 yaşlı uşağın 100.000 borcu yarandı
07.10.2016 15:30
Dünyanın texnologiya nəhəngi "Google", ailəsindən xəbərsiz səhvən YouTube-a 100.000 Avroluq reklam verən 12 yaşındakı uşağın ödənişini almayacağını açıqladı. 

Sosial medianın ən çox izlənilən video platforması olan YouTube-da, xüsusilə uşaqların ulduz olmaq həvəslərini hamımız bilirik. Ancaq 12 yaşındakı ispan uşaq Jose Javier bu işə biraz fərqli yanaşıb. 

"Technote.az"ın "TheGuardian"a istinadən verdiyi xəbərə görə qeyri-professional bir musiqi qrupu olan 12 yaşındakı Jose, qrupunun videolarının daha çox insan tərəfindən izlənməsi üçün ailəsinin onun adına açdığı depozit hesabının kart məlumatlarını daxil edərək Google Adwords xidməti vasitəsilə YouTube-da qarşılığı 100.000 Avro olan bir reklam kampaniyası başladıb.

Ailəsinin məlumatı xaricində uşağın belə bir addım atması barədə El Pais adlı qəzetə açıqlama verən Josenin anası, uşağının etdiyindən xəbərsiz olduğunu və qeyri-professional musiqi ilə YouTube-dan pul qazanmaq üçün belə bir addım atdığını bildirdi.

Həm Google-un yaş həddi qaydalarına görə bu reklam kampaniyasının etik olmadığını həm də uşaqların bu tərz etdikləri səhvlər barədə həssas olduğunu bildirən "Google", bu istifadəçi hesabından 100.000 avro ödənişini almayacağını və uşağın başlatdığı AdWords kampaniyasının artıq ləğv ediləcəyini bildirdi. Bu mövzuda "Google" həqiqətəndə təqdirəlayiq bir addım atdı!

Əlavə olaraq bu xəbəri oxuyan valideynlər üçün də kiçik bir xəbərdarlığımız var, uşağınız bu tərz platformaları istifadə edərkən hətta hər hansı bir mobil oyun belə oynayarkən Təhlükəsiz Hesab (uşaqlar üçün ayrılmış xüsusi hesab) üzərindən cihazlarla vaxt keçirtdiyindən əmin olun və uşaqlarınıza nəzarət edin. Əks təqdirdə heç gözləmədiyiniz bir ödəniş çeki ilə qarşılaşa bilərsiniz və o satıcı "Google" qədər insaflı davranmaya bilər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol