• $
  • €
  • ₽
  • ₺
  • £

“Skype”da yeni funksiya

“Skype”da yeni funksiya
12.10.2016 10:10
2015-ci ilin payızından "Skype” proqramında əlçatan olan danışığın sinxron səsli tərcümə xidməti bu gündən rus dilini də dəstəkləyir. Bu funksiya rus dilində danışan istifadəçilərə ingilis, ispan, Çin, italyan, fransız, Braziliya portuqalı, alman və ya ərəb dillərini bilmədən bu dillərin daşıyıcıları ilə ünsiyyət saxlamağa imkan verir.

ANN.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sinxron tərcüməçi xidmətindən yararlanmaq üçün istifadəçi əvvəlcə həmsöhbətini seçməli, dialoq pəncərəsini açmalı və qlobus şəklində olan "Skype Translator” nişanını tapmalıdır.

"Skype Translator” nişanının üzərinə sıxmaqla başlanğıc ayar kimi deaktiv edilmiş sinxron tərcüməçi funksiyasını aktivləşdirməli, cari istifadəçi və həmsöhbət üçün müvafiq dilləri seçməklə adi rejimdə ünsiyyətə başlamaq olar. Deyilmiş ifadələrin tərcüməsi azacıq ləngimə ilə səsləndirilir, həmçinin subtitrlər göstərilir.

"Skype Translator” funksiyası neyroşəbəkələr əsasında işləyən kompyuter təlimi texnologiyasına əsaslanır. Bu o deməkdir ki, xidmət istifadə edildikcə təkmilləşir və daha çox insan istifadə etdikcə tərcümənin keyfiyyəti də bir o qədər ürəkaçan olur.

"Microsoft” korporasiyasının nümayəndəsi bildirib ki, yeni funksiya digər ölkələrdə yaşayan dost, qohum və həmkarlarla sərbəst ünsiyyət saxlamaq üçün lazım ola bilər, həmçinin təhsil və işgüzar danışıqlar üçün yeni imkanlar açacaq.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol