• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda kütləvi istefalar

Ermənistanda kütləvi istefalar
28.05.2020 17:39
Ermənistanda ictimai-siyasi vəziyyət gərginləşib.

Nazirlərdən sonra qubernatorlar arasında da kütləvi istefalar başlayıb.

ANN.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, bütün vilayət administrasiya rəhbərləri prezident iqamətgahına dəvət ediliblər. Danışıqların mövzusu qubernatorlardan bəzilərinin istefası olub. Onların arasında Ararat, Armavir, Lori vilayətlərinin rəhbərləri var. İstefaya göndərilənlərin yerini isə sabiq nazirlər tutacaq.

Syunik vilayətinin qubernatoru Surik Xaçatryan da vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə zavod direktoru Maksim Akopyan təyin olunub. Surik Xaçatryanın qızı mətbuata açıqlamasında S.Sarkisyan hakimiyyətini kəskin tənqid edərək deyib: "Artıq 20 ildir ki, bizi kəmsavad insanlar idarə edir. Onlar Syunikə savadsız rəhbər gətirməklə bu torpağı murdarlamağa çalışırlar".

Syunik vilayətinin polis rəisi Vaxtanq Avakyan da işdən çıxarılıb. Ermənistan polisinin mətbuat xidməti rəisin istefaya göndərilməsi səbəbini açıqlamaqdan imtina edib.

İstefa verənlərdən biri də Serj Sarkisyanın parlamentdəki daimi nümayəndəsi, Prezident Aparatının sədr müavini Viktor Dallakyandır. O, siyasətə qoşulacağını bəyan edərək bildirib ki, onun, yaxud ailə üzvlərinin başına hər hansı hadisə gəlsə, buna görə Serj Sarkisyan məsuliyyət daşıyacaq.

V.Dallakyan "Dönüş" partiyası yaradacağını da deyib. Partiyaya Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın sədrlik edəcəyi gözlənilir. Hakim Respublika partiyasında bunu mümkünsüz hesab etsələr də, S.Ohanyanla S.Sarkisyan arasında fikir ayrılığı yarandığı deyilir. O, hətta Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi və Milli Təhlükəsizlik Şurasının katibi vəzifələrindən imtina edib.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol