• $
  • €
  • ₽
  • ₺
  • £

50-dən çox adam edam edildi - Çevriliş cəhdinə görə

50-dən çox adam edam edildi - Çevriliş cəhdinə görə
16.10.2016 09:40
İŞİD terror qruplaşması İraqın Mosul şəhərində onlarla komandirini edam edib.
 
"The Times”ın verdiyi xəbərə görə, öldürülən şəxslər şəhərin İŞİD-dən azad olunmasında İraq ordusuna kömək etməkdə ittiham olunublar.
 
Məlumata görə, çevriliş cəhdi planlaşdıran şəxslərdən birinin mobil telefonunda terrorçuların silah və texnikasının yerdəyişməsinə dair yazışma aşkarlandıqdan sonra 54 nəfər öldürülüb.  
 
Öldürülənlərin əksəriyyətinin terror qruplaşmasının yüksək rütbəli rəhbərləri olub.  
 
"Reuters” 58 nəfərin edam olunduğunu qeyd edib. Çevriliş cəhdi planlaşdıran qrupa İŞİD lideri  Əbu Bəkr əl-Baqdadinin yerli köməkçisi rəhbərlik edib. Onlar silah və texnikanı hazırkı mövqelərdən geri çəkməyə planlaşdırıblar. Bununla onlar şəhərin İŞİD-dən azad olunmasında İraq ordusuna və qərb koalisiyasına kömək etmiş olacaqdılar.   
 
Mosulun azad olunması İraq hökumətinin əsas məqsədidir. Şəhər 2014-cü ilin iyunundan İŞİD-in nəzarətindədir və qruplaşmanın İraqdakı paytaxtı hesab edilir. //APA

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol