• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa İttifaqı Türkiyə ilə viza rejimini ləğv edir?

Avropa İttifaqı Türkiyə ilə viza rejimini ləğv edir?
21.10.2016 10:56
Avropa İttifaqına (Aİ) üzv olan 28 dövlətin liderləri Brüsseldə keçirilən sammitdə Aİ və Türkiyə arasında yaxın bir neçə həftə ərzində viza rejiminin ləğvi mexanizminin müəyyənləşdirilməsini dəstəkləyiblər. 

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

"Qanunvericilərə yaxın bir neçə həftə ərzində vizaların ləğvi mexanizminin tətbiqi barədə sazişə dair razılığa gəlmək təklif olunub”, - Aİ sammitinin bəyanatında bildirilir. 

Mart ayında Aİ və Türkiyə arasında "Balkan marşrutu” üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan saziş əldə olunub. Plana əsasən, Türkiyə qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları ölkəyə qaytararaq, onların əvəzində ittifaqa leqal qaydada suriyalı qaçqınları göndərməlidir.

Bu razılaşmalar çərçivəsində Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi də nəzərdə tutulub. Lakin Aİ sonradan Türkiyə ilə viza rejiminin ləğv etdirilməsi üçün Ankaraya terrorizmlə mübarizə ilə bağlı qanunvericiliyin dəyişdirilməsi tələbini irəli sürüb.

Türkiyə öz növbəsində viza sərbəstliyi ilə bağlı Avropa İttifaqının Ankaraya terrorizmlə mübarizəyə dair qanunvericiliyin dəyişdirilməsi tələbini irəli sürməsi səbəbindən razılaşmanı pozacağını bəyan edib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol