Rusiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi - Müharibə EHTİMALI

Rusiya Şərqi Hərbi Dairəsinin Kuril adalarındakı qoşunlarının döyüş hazırlığı səviyyəsinin yoxlanılmasına başlanılıb.
ANN.Az azvision.az-a istinadən bildirir ki, bu barədə dairənin mətbuat xidmətinin rəisi polkovnik Aleksandr Qordeyev deyib.
"Dairə qərargahının komissiyası Şərqi Hərbi Dairəsinin Kuril adalarında yerləşən hərbi hissələrinin yoxlanışına başlayıb. Yoxlama çərçivəsində adalardakı hərbi hissələr yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib", - deyə Qordeyev bildirib.
Təlimlər planına əsasən, "Qrad" reaktiv yaylım sistemlərindən dəniz hədəflərinə döyüş atışlarının həyata keçirilməsi və "Orlan" tipli pilotsuz uçan aparatlardan istifadə edilməsi nəzərdə tutulub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















