• $
  • €
  • ₽
  • ₺
  • £

Elmdə yenilik

Elmdə yenilik
21.10.2016 23:17
Bu ilin sentyabr ayında dünya aqrobiznes bazarında mühüm hadisə baş verib. Belə ki, Alman firması olan "Bayer", ABŞ-dan olan rəqibi "Monsanto" ilə müqavilə imzalayıb.

Bu razılaşma GMO ilə mübarizədə əhəmiyyətli bir hadisə kimi dəyərləndirilir. Onların təklif etdiyi yeni məhsul GMO-suz GMO adlandırılır.

Ən soyuq ölkələrdə belə qışın şaxtalı günlərində mağazalarda təzə pomidor tapmaq olur. Onlar çox cəlbedici görünür. Ancaq uzun müddət soyuducuda saxlanıldığına görə dadı heç də yaxşı olmur. Çünki bu pomidorların rəflərdə qalması üçün heyvandarlıq laboratoriyalarda seleksiya yolu ilə istehsal edilir. Amma seleksiya prosesində vurulan gen məhsulun dadına birbaşa təsir göstərir. Nəticədə qışda dadlı pomidor tapmaq mümkün olmur.

Lakin təklif olunan yeni üsulla isə iki növün ən yaxşı xüsusiyyətləri cəmləşdirilir və daha dadlı pomidor əldə edilir. Bu fantastik deyil. Artıq tətbiq edilir və aqro-sənayenin inkişafına imkan yaradır.

Əslində insanlar illərdir seleksiya ilə məşğul olur. Lakin heyvan genlərindən istifadə edilərkən hər zaman istənilən nəticə əldə edilmir. İndi bitkilərdən DNT-nin transfer edilməsi üsulu ilə yeni genetik modifikasiya olunmuş məhsul əldə edilir ki, bu da genetik mühəndislik baxımdan mühüm hadisə hesab olunur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov publika.az-a GMO-suz GMO barədə məlumatının olmadığını deyib. O deyib ki, adında GMO olan bir məhsulun GMO-suz olması inandırıcı deyil: "Hər hansı heyvan geni bitkiyə vurulubsa, onun hansı üsulla aparılmasından asılı olmayaraq GMO adlandırılır. Lakin seleksiya üsulundan istifadə edilib, yeni bitki növləri əldə etmək olar. Bu artıq GMO olmur. Bu üsuldan əvvəllər də istifadə edilib. GMO-nun mahiyyətində özünə məxsus olmayan geni daşımasıdır, bu üsulda isə yeni bitkinin daşıdığı gen özünəməxsus olur. Seleksiya yolu ilə GMO-lu məhsullar kimi uzun ömürlü və daha çox məhsuldarlığın əldə edilməsi müsbət xüsusiyyətdir".

Onun sözlərinə görə, heyvan geni vurulmadan əldə olunan uzun ömürlü bitkilər GMO-ilə mübarizədə uğurlu addım hesab edilə bilər: "Bu gün GMO-ya qarşı böyük bir hərəkat başlayıb. Hər dəfə GMO istehsalçıların məhsullarının əhəmiyyətini vurğulamaq üçün ərzaq ehtiyacının ödənilməsində alternativ üsulun olmadığını deyirlər. Mən təbii gübrələrlə də becərilən bitkilər bolluğunun mümkünlüyünü təklif etmişəm. Dediyiniz təklif də GMO-ya qarşı alternativ ola bilər. Artıq bununla GMO istehsalının dünyada geriləyəcəyini deməkdir".

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov bu gün biotexnoloji laboratoriyalarda aparılan araşdırmalarla bu cür bitkilərin əldə olunmasını istisna etmədiyini deyir: "Həmin laboratoriyalarda bir bitkinin müsbət əlamətlərini digər bitkiyə əlavə edirlər. Bu cür seleksiya yolu ilə, hibrid alınması ilə əldə edilən məhsul geni dəyişdirilmiş hesab olunmur. Məsələn, bir pomidor uzun daşınma üçün dayanıqlıdır, digərinin isə dadı yaxşıdır. Bu iki pomidorlardan seleksiya prosesində köçürmə aparılır. Əldə olunan məhsul həm dadlı, həm də uzun müddət dayanıqlı olur. İnsanların qidaya olan tələbatının artmasını nəzərə alaraq bütün dünya biotexnoloji laboratoriya ilə işləyir. Bu laboratoriyalarda əldə olunan məhsul insanların gələcəkdə bitki və heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsinə xidmət edir. Bu prosesin məqsədli olmalıdır və uyğun genlərin əlamətlərindən istifadə olunmalıdır".

İ.Cümşüdov hazırda taxıl bitkiləri, meyvə və tərəvəzçilik sahəsində ölkəmizdə də bu üsullardan istifadə edildiyini deyib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol