• $
  • €
  • ₽
  • ₺
  • £

YouTube-da YENİLİK

YouTube-da YENİLİK
04.11.2016 13:20
"Google"un sahib olduğu ən böyük platformalardan olan YouTube yeniliyə imza atıb. Artıq YouTube-da rəyləri idarə etmək daha asan olacaq.

ANN.Az technote.az-a istinadən bildirir ki, YouTube bir çox xüsusiyyətlərinə görə ən böyük izləyici kütləsinə sahib platformadır. Belə ki, istər hər hansı mövzu haqda məlumat almaq, istərsə də paylaşdığınız videolarla pul qazanmaq istəsəniz, YouTube bunun üçün ən əlverişli platformadır. Lakin son zamanlar Facebook və Twitch-in video sahəsində rəqabəti YouTube üçün ciddi mənada risk daşımağa başlayıb.

Bir çoxları YouTube-da videolar paylaşır və digər istifadəçilər videolara öz rəyləri ilə münasibət bildirirlər. Belə olan halda bəzən hətta xoşagəlməz mübahisələr də diqqətdən yayınmır. YouTube bu mövzuda uzun illər heç bir dəyişiklik etməsə də artıq rəylərə yeniliklər əlavə olunub. Belə ki, artıq istifadəçilər YouTube videolarında yeni rəy yenilikləri ilə tanış ola biləcəklər. Yeniliyə görə, artıq kanal sahibi rəyləri idarə edə biləcək. Hətta verilən məlumata görə, YouTube-da yer alan videoların hər biri ayrı-ayrılıqda söhbət kanalı funksiyasını daşıyacaq. Bundan əlavə, kanal sahibi bəyəndiyi rəyləri və açıqlamaları yuxarı hissəyə daşıya biləcək.

Əlavə olaraq kanal sahibi rəylərin altına xüsusi ürək işarəsi də qoya biləcək. Kanal sahibi rəylərinin daha asan nəzərə çarpması üçün öz rəylərinə rəng kodu əlavə edə biləcək. YouTube kanallarında videolarda rast gəlinən ən xoşagəlməz hallardan biri də təhqirlərdir, hansı ki, bundan sonra kanalı idarə edən şəxs artıq bəlli ifadələrin istifadəsinə qadağa qoya biləcək. Bundan əlavə kanal sahibi istədiyi istifadəçini moderator olaraq təyin edə bilər. Bu şəxslər rəylərə cavab verilməsində iştirak hüququ qazanmış olacaq. Ən yaxşı yeniliklərdən biri də kanal sahibinə rəyləri yoxladıqdan sonra ona yayım seçiminin verilməsidir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol