• $
  • €
  • ₽
  • ₺
  • £

İran parlamentində maraqlı dəyişiklik

İran parlamentində maraqlı dəyişiklik
05.11.2016 18:00
İran parlamentində türk fraksiyasından sonra kürd fraksiyası də yaradılacaq. 

Bu barədə APA-ya parlamentin Sosial məsələlər komissiyasının sədri, Şirvandan olan nümayəndə Əbdürrza Əzizi məlumat verib. "İnşallah, yaxın vaxtlarda kürdlər yaşayan bölgələrin də fraksiyasını yaradacağıq. Bu, geniş ərazini - Kürdüstan əyalətini, Kirmanşah əyalətini, Qərbi Azərbaycan və Rəzəvi-Xorasan əyalətini, hətta Mazandaran əyalətinin bir hissəsini əhatə edir", - deyə o söyləyib.
 
Türk fraksiyasının formalaşdırılmasına toxunan Ə. Əzizi bu qrupun türkdillilərin yox, türklərin məskunlaşdığı bölgələrin fraksiyası olduğunu nəzərə çatdırıb: "Əgər bu fraksiya yaxşı işləyərsə, həmin bölgələrin inkişafına səbəb olacaq. Türklərin məskunlaşdığı bölgələr əsasən Xorasan və Fars əyalətlərinin bir hissəsi, Şərqi və Qərbi Azərbaycan əyalətləri, Zəncan, Ərdəbil əyalətləri, Həmədan, Qum şəhərinin bir hissəsi və digər bölgələri əhatə edir".
 
Ə. Əzizinin sözlərinə görə, parlamentdə müxtəlif fraksiyaların təşkili təbii prosesdir: "Parlamentdə nümayəndələr ölkənin müxtəlif bölgələrinin xeyrinə səs toplamaq üçün bir-birinin yanında əyləşir. Bu, təbii haldır".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol