• $
  • €
  • ₽
  • ₺
  • £

Şamla saç kəsən bərbər

Şamla saç kəsən bərbər
07.11.2016 23:12
Hindistanda bir bərbər hər kəsin marağına səbəb olub. Bu şəxs saçı nə qayçı, nə qılınc, nə də  xüsusi aparatla kəsir.  O, yanan şamla müştərilərin saçına istədikləri düzümünü verə bilir.

ANN.Az ATV.az-a istinadən bildirir ki, Hindistanın Karnataka ştatında yaşayan bərbər qeyri-adi saç kəsmək metodu ilə müştərilərin diqqətini cəlb edir. Həmkarları son model saç kəsən maşınlardan, ən azı qayçıdan istifadə etsələr də, Dasarat Kumar yanan şamla saç kəsir.

Müştərinin saçına od vuran 28 yaşlı bərbər kifayət qədər çətin olsa da, onların saç düzümünü peşəkarlıqla qaydasına salır. Yanan saçın qoxusu istisna olmaqla, müştərilər bu bərbərxanadan çox razıdır.

6 ildir bərbərlik edən Dasarat deyir ki, "bir dəfə müştərinin saçını kəsəndə işıqlar sönüb. Saç kəsən maşından istifadə edə bilmədiyimdən, işə şamla davam etməli oldum". Daha sonra şamla saç kəsməkdə püxtələşən bərbər, sənətini bu cür davam etdirmək qərarına gəlib.

Onun işlədiyi salonda yanan saç qoxusu ətrafı bürüsə də,  Dasarat Kumara müraciət edən müştərilərin sayı çoxdur.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol