• $
  • €
  • ₽
  • ₺
  • £

Donald Tramp kimdir? - BİOQRAFİYA

Donald Tramp kimdir? - BİOQRAFİYA
09.11.2016 13:56
ABŞ-da prezident seçkiləri gözlənilməz sonluqla yekunlaşıb.
 
Radikal çıxışları ilə yadda qalan, siyasətdən o qədər də yaxşı anlamayan milyarder Donald Tramp rəqibi Hillari Klintonu xeyli geridə qoyub və növbəti 4 il üçün dünyanın ən nəhəng ölkəsini idarə edəcək.
 
Donald Tramp prezidentlik kürsüsünədək necə irəliləyib və milyardları necə qazanıb?
 
 
 
D.Tramp 1946-cı ilin 14 iyununda Nyu-Yorkda dünyaya gəlib. Atası ev dəllalı olan Donald Tramp məktəb illərində heç də yaxşı şagird olmayıb, 1960-cı illərin əvvəlində liseydən qovulub. Daha sonra hərbi akademiyada oxuyub və 1968-ci ildə marketinqlə bağlı təhsil alıb.
 
İş həyatının ilk illərində D.Trampın bəxti gətirməyib. Təhsilini bitirdikdən sonra yaşayış evlərinin tikintisi ilə məşğul olan atasının yanında köməkçi olub.
 
 
 
D.Tramp ilk işinə böyük bir layihə ilə başlayıb. 1973-cü ildə Nyu-Yorkda 18 mərtəbəli, 290 mənzilli bir göydələn inşa etdirib.
 
"Big Deal" layihəsini 1975-ci ildə reallaşdırıb. 10 milyon dollara xaraba vəziyyətində olan "Commodore” otelini satın alıb və 80 milyon dollara başa gələn təmirdən sonra həmin oteli 5 il ərzində 1400-dən çox nömrəsi olan lüks bir otelə çevirib. 70-ci illərin ortalarında Nyu-York köhnə görkəmini sürətlə dəyişdiyi üçün şəhər bələdiyyəsi onun bu cəhdini müsbət qarşılayıb.
 
 
 
D.Trampın imza atdığı, şəhərin mənzərəsini dəyişdirən çoxlu sayda tikililərin siyahısına "Grand Hyatt” oteli də əlavə olunduqdan sonra, o qısa zamanda "Nyu-Yorku yeniləyən adam" kimi məşhurlaşıb.
 
1983-cü ildə D.Trampın reallaşdırdığı daha bir layihə - "Trump Towers” adlı lüks bina və əsasən varlılar üçün nəzərdə tutulmuş ticarət mərkəzi onun ən prestijli layihəsi olub. İllər sonra bu brend altında dünyanın əksər ölkələrində çoxmərtəbəli yaşayış və ofis binaları tikilib.
 
 
 
Növbəti iri layihələr 80-ci illərin sonunda reallaşıb. D.Tramp "Lufthansa” ilə birbaşa rəqabətə girərək 420 milyon dollara "Plaza” otelini satın alıb. Həmçinin öz hava yolları şirkətini qura bilmək məqsədiylə iflas etməkdə olan "Eastern Airlines” hava yollarının təyyarələrini - 37 ədəd "Boeing 727”-ni 350 milyon dollara satın alıb.
 
 
 
1990-cı ildə "Adantic City”də inşa etdirdiyi "Tac Mahal Otel-Kazino” ilə qumarxana işinə də girişib. Həmin vaxt 41 yaşındakı bu məşhur iş adamının sərvəti 4 milyard dollar civarında təxmin edilirdi.
 
Lakin bir il içində D.Trampın çöküşü başlayıb. "Forbes" jurnalı D.Trampın "təsəvvür edilə bilməyəcək həcmdə tikinti borclarından” bəhs edib. Tikinti kralı özünü çox çətinə salmışdı.
 
 
 
2005-ci ilin mayında onun biznesi "Tramp Əyləncə Şirkətləri Holding" olaraq yenidən yüksəlib. Hazırda dünyanın bir çox yerlərində "Trump Towers” otelləri, ofis binaları  fəaliyyət göstərir. Təsadüfi deyil ki, "Tramp evləri” Türkiyə də daxil olmaqla, əksər müsəlman ölkələrində mövcuddur.
 
Donald Trampın şəxsi həyatı...
 
 
 
D.Tramp alman əsilli, amerikalı iş adamı Fridrix Trampın nəvəsidir. Amerikalı iş adamı Fred Trampın 5 uşağından biridir. Mariana, Fridrix, Elizabet, Robert adında 4 bacı-qardaşı var.
 
Donald Tramp 3 dəfə evlənib və bu evliliklərdən 3 oğlu, 2 qızı var. 1977-ci ildə atlet İvana Zelnixova ilə evlənib və Donald Tramp, İvanka Tramp və Eric Tramp  adında 3 uşağı olub. 1991-ci ildə 16 illik həyat yoldaşından ayrılıb.
 
  
Boşandıqdan sonra 2 il televiziya aparıcısı Marla Mapleslə evli olub və cütlüyün Tiffani adında qızı doğulub. Cütlük 1996-ci ildə ayrılmaq qərarına gəlib. D.Tramp 2005-ci ildə dizayner və model olan Melani Knaus ilə evlənib. Bu evlilikdən 2006-ci ildə Barron Tramp adında bir oğlu dünyaya gəlib.
 
Donald Tramp seçki şüarı kimi "Make America Great Again” (Yenidən böyük Amerika yarat) şüarından istifadə edir. Oxşar şüarı 1980-ci ildə Ronald Reyqan da seçki kampaniyalarında istifadə etmişdi.
 
 
 
D.Tramp seçki vədlərini immiqrantlar, müsəlmanlar, təhlükəsizlik və İŞİD-lə mübarizə üzərində qurub. Onun ən populyar fikirlərindən biri də immiqrantların qarşısını almaq üçün ABŞ ilə Meksika sərhədinə bir divarın ucaldılmasıdır.
 
 
 
D.Trampın müsəlmanlarla bağlı fikirləri də ciddi reaksiyalar doğurub. Onun seçki kampaniyasındakı reklamlarında müsəlmanları hədəf alan ifadələr yer alıb. D.Trampın müsəlmanların müvəqqəti olaraq ABŞ-a girişinin qarşısının alınması ilə bağlı çıxışı da böyük reaksiya doğurub. //Lent.az

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol